Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub olub - YENİLƏNİB-6
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Sabah" səfərdə "Orhus"la (Danimarka) qarşılaşıb.
"Report"un məlumatına görə, Ranners stadionunda keçirilən qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.
Skandinaviya təmsilçisinin heyətində Ceyms Boqere (31, 63) dubl edib. "Bayquşlar"ın yeganə qolu isə Velko Simiçin (66) ayağına yazılıb.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" matçında üçüncü qol vurulub.
"Report"un məlumatına görə, Ranners stadionunda keçirilən qarşılaşmada Azərbaycan çempionu buraxılan qollardan birinin əvəzini çıxıb - 1:2.
66-cı dəqiqədə Velko Simiç fərqlənib.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" matçında ikinci qol vurulub.
"Report"un məlumatına görə, Ranners stadionunda keçirilən qarşılaşmada Azərbaycan çempionu ikinci qolu qapısında görüb - 0:2.
63-cü dəqiqədə Ceyms Boqere dubl müəllifi olub.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" matçında ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Ranners stadionunda keçirilən qarşılaşmada Azərbaycan çempionu hesabda geridədir - 0:1.
31-ci dəqiqədə Ceyms Boqere meydan sahiblərini hesabda önə keçirib.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" matçında ilk hissə bitib.
"Report"un məlumatına görə, Ranners stadionunda keçirilən qarşılaşmada Azərbaycan çempionu fasiləyə məğlub yollanıb - 0:1.
31-ci dəqiqədə Ceyms Boqere meydan sahiblərini hesabda önə keçirib.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" matçında ilk qol vurulub.
"Report"un məlumatına görə, Ranners stadionunda keçirilən qarşılaşmada Azərbaycan çempionu məğlub duruma düşüb - 0:1.
31-ci dəqiqədə Ceyms Boqere meydan sahiblərini hesabda önə keçirib.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" matçı başlayıb.
"Report"un məlumatına görə, qarşılaşma Ranners stadionunda keçirilir.
Görüşü sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.
Oxşar xəbərlər
"Sabah" "Orhus"la matçda fərqi azaldıb
UEFA Çempionlar Liqası: "Sabah" TNS komandasını məğlub edib - YENİLƏNİB-5
UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub edib - YENİLƏNİB-5
UEFA Avropa Liqası: "Qarabağ" - "Vestri" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb
-
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
-
Özgür Özelin toxunulmazlığının ləğvi tələb edilib
-
Avstriyada yeni temperatur rekordu qeydə alınıb
-
Argentinada 45-dən çox taxıl gəmisi tətil səbəbindən limanı tərk edə bilmir
-
WSJ: Trampın helikopterinin uçuşu zamanı təhlükəsizlik standartları pozulub













