Koşta: Kanada ilə siyasi tərəfdaşlığı dərinləşdirir və ölkə liderini Aİ sammitlərinə dəvət edirik
Far.Az xəbər saytı

Koşta: Kanada ilə siyasi tərəfdaşlığı dərinləşdirir və ölkə liderini Aİ sammitlərinə dəvət edirik


Avropa İttifaqı (Aİ) və Kanada siyasi və institusional əməkdaşlığı genişləndirmək, o cümlədən Kanadanın Baş naziri Mark Karninin Aİ-nin yüksək səviyyəli görüşlərində müntəzəm iştirakını təmin etmək niyyətindədirlər.

"Report"un Avropa bürosu xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Monrealda keçirilən Aİ-Kanada sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

"Biz yeni bir format yaratmaq – adi assosiativ tərəfdaşlıq çərçivəsini aşaraq, Aİ-yə tamhüquqlu üzvlükdən başqa hər şeyi təklif etmək istəyirik", – o deyib.

Avropa İttifaqı Şurasının rəhbərinin sözlərinə görə, yeni tərəfdaşlıq ən yüksək siyasi səviyyədə daha sıx qarşılıqlı fəaliyyəti, prioritetlərin uzlaşdırılmasını və ümumi çağırışlara cavabların əlaqələndirilməsini nəzərdə tutur.

Koşta iki həftə sonra Dublində keçiriləcək Avropa Siyasi Birliyinin sammitində Karnini qəbul etməyi gözlədiyini, həmçinin onu gələn ilin iyununda Avropa İttifaqı Şurasının iclasına dəvət etmək niyyətində olduğunu bildirib.

Bundan əlavə, gələn ilin yazında Avropa Komissiyasının kollegiyası ilə Kanada hökumətinin birgə görüşünün keçirilməsi planlaşdırılır. Koşta vurğulayıb ki, Aİ və Kanada təhlükəsizlik və müdafiə, ticarət, investisiyalar və Ukraynaya dəstək sahələrində əməkdaşlığı gücləndirmək niyyətindədirlər.

O, yeni tərəfdaşlığı beynəlxalq hüquq və qaydalara əsaslanan dünya nizamının təzyiqlərlə üzləşdiyi bir şəraitdə demokratik dövlətlər arasında əməkdaşlığın nümunəsi kimi qiymətləndirib.

Oxşar xəbərlər

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər