Türkiyənin 5 F-16 qırıcısı NATO missiyasına başladı
Far.Az xəbər saytı

Türkiyənin 5 F-16 qırıcısı NATO missiyasına başladı


Türkiyə Silahlı Qüvvələrinin 5 ədəd F-16 qırıcısı NATO-nun Genişləndirilmiş Hava Polisliyi missiyası çərçivəsində Estoniyada xidmətə başlayıb.

BAKU.WS xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi həftəlik mətbuat brifinqində məlumat yayıb.

Bildirilib ki, döyüş təyyarələri və onları müşayiət edən şəxsi heyət iyulun 31-də Estoniyaya çatıb. Missiya avqustun 1-dən başlayıb və noyabrın 30-dək davam edəcək.

Nazirlik həmçinin açıqlayıb ki, Türkiyə Silahlı Qüvvələrinin yerli və milli müdafiə sənayesi məhsulları ilə gücləndirilməsi istiqamətində işlər davam edir. Bu çərçivədə TAYFUN raket sisteminin buraxılış və idarəetmə vasitələri, MPT-76 piyadə tüfəngləri, eləcə də Hərbi Hava Qüvvələrinə HGK-84, LGK-82/84 idarəetmə kitləri və SOM-B1T sursatı təhvil verilib.

Bundan başqa, son bir həftə ərzində Türkiyə sərhədlərini qanunsuz keçməyə cəhd göstərən 490 nəfərin saxlanıldığı, 924 nəfərin isə qarşısının alındığı bildirilib. Həmçinin bir PKK üzvünün təhlükəsizlik qüvvələrinə təslim olduğu qeyd edilib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Bakıda balıq yarmarkası fəaliyyətə başladı
Azərbaycanın tibb işçiləri NATO-nun təlimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər