Azərbaycanın aparıcı sement istehsalçısı maliyyə vəziyyətini açıqlayıb
Far.Az xəbər saytı

Azərbaycanın aparıcı sement istehsalçısı maliyyə vəziyyətini açıqlayıb


"Holcim Azerbaijan" ASC 2025-ci ili 29,971 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 53,35 % çoxdur.

Ötən il səhmdar cəmiyyətinin satışdan gəlirləri 235,251 milyon manat (əvvəlki ilə nisbətən 11,6 % çox), satışının maya dəyəri 119,269 milyon manat (14,4 % çox), çatdırılma xərcləri 41,608 milyon manat (0,7 % çox), ümumi-inzibati xərcləri 24,54 milyon manat (11,2 % çox), satış xərcləri 7,875 milyon manat (18,2 % çox), maliyyə aktivləri üçün ehtiyatdakı dəyişiklikdən zərəri 36 min manat (4,6 dəfə az), maliyyə xərcləri 6,29 milyon manat (10,6 % az), məzənnə fərqindən zərəri 76 min manat (2,65 dəfə az), digər gəlirləri 1,695 milyon manat (2,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 7,281 milyon manat (8,8 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "Holcim Azerbaijan"ın aktivləri 324,163 milyon manat olub ki, bu da illik müqayisədə 9,25 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 8,2 % artaraq 159,157 milyon manata, balans kapitalı isə 10,2 % artaraq 165,006 milyon manata çatıb.

Xatırladaq ki, "Holcim Azerbaijan" 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31,813 milyon manatdır. Şirkətin səhmlərinin 86 %-i İsveçrənin "Lafarge Holcim" və "Holcim Auslandbeteiligungs GmbH." şirkətlərinə (müvafiq olaraq 76 % və 10 %), 14 %-i isə fiziki şəxslərə məxsusdur.

Oxşar xəbərlər

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (25.07.2026)
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.06.2026)
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (04.02.2026)

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər