Belqrad-Moskva reysi yoxlanılmamış yük səbəbindən təxirə salınıb – Yenilənib
Far.Az xəbər saytı

Belqrad-Moskva reysi yoxlanılmamış yük səbəbindən təxirə salınıb – Yenilənib


"Air Serbia" aviaşirkətinin Belqraddan Moskvaya uçan təyyarəsi sərnişinin yükünün yoxlanılmaması səbəbindən hava limanına geri qaytarılıb.

"Far.Az"un Balkan bürosunun məlumatına görə, bu barədə "Nova" portalı mənbələrə istinadən xəbər verib.

Hadisə noyabrın 3-də axşamı baş verib.

Təyyarənin Litva hava məkanında olarkən geri qayıtdığı bildirilir. Nəşrin məlumatına görə, baqaj yoxlanılır və təyyarənin hərtərəfli yoxlanışından və heyət dəyişikliyindən sonra Moskvaya uçuş davam edəcək.

Serbiyanın paytaxtı Belqraddan Rusiyanın paytaxtı Moskva istiqamətində uçan sərnişin təyyarəsi təhlükəsizlik səbəbindən geri qaytarılaraq "Nikola Tesla" hava limanına eniş edib.

"Far.Az"un Balkan bürosu xəbər verir ki, bu barədə "Nova.rs" portalı məlumat yayıb.

Bildirilib ki, JU134 reys nömrəli təyyarə bu gün yerli vaxtla saat 18:48-də Belqraddan havaya qalxıb. Litvanın cənubuna çatdıqdan sonra ona geri qayıtmaq barədə göstəriş verilib.

"Nova.rs" portalının qeyri-rəsmi məlumatına əsasən, təyyarənin göyərtəsində Serbiyanın Sosialist Hərəkatının sədri Aleksandar Vulin, "Srbijagas" şirkətinin direktoru Duşan Bayatoviç və Serbiya Xalq Partiyasının (SNP) sədri Nenad Popoviç olub.

Portalın mənbəsinin bildirdiyinə görə, təyyarənin geri qaytarılması barədə göstərişi hava limanının korporativ təhlükəsizlik direktoru verib. Qərarın təhlükəsizlik səbəbləri ilə əlaqədar qəbul edildiyi iddia olunur.

"FlightRadar" platformasının məlumatına görə, təyyarə saat 22:00-dan bir qədər əvvəl Belqrada eniş edib.

Hadisə ilə bağlı hələ rəsmi açıqlama verilməyib.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Litvanın Baş naziri İnqa Ruqiniene İçərişəhərlə tanış olub
Belqrad – tarixlə müasirliyin qovuşduğu şəhərdən REPORTAJ
Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub
Belqraddan Moskvaya uçan təyyarə təhlükəsizlik səbəbindən geri qaytarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər