Gürcüstan XİN: Azərbaycanın müraciəti üzrə qanunvericiliyə uyğun tədbirlər görülür
Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan nömrə nişanlı yük avtomobillərinin Gürcüstanın sərhəd-keçid məntəqələrində üzləşdiyi ləngimələrlə bağlı respublikamızın bu ölkədəki səfirliyinin təqdim etdiyi diplomatik notaya münasibət bildirib.
"Far.Az"un yerli bürosu xəbərinə görə, XİN-dən "Aktual.ge"yə bildirilib ki, Azərbaycanın Gürcüstandakı Səfirliyi avqustun 5-də rəsmi müraciət ünvanlayıb.
"Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi Azərbaycan yük avtomobillərinin Gürcüstana daxil olması və ya ölkə ərazisində hərəkəti zamanı yaranmış ləngimələrlə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə müraciət edib", - açıqlamada qeyd olunub.
Nazirlik bildirib ki, daxil olan məlumat dərhal aidiyyəti dövlət qurumlarına göndərilib.
"Qeyd olunan məlumat Gürcüstanın müvafiq qurumlarının diqqətinə çatdırılıb. Həmin qurumlar aşkar edilmiş pozuntularla bağlı Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş tədbirləri həyata keçirirlər", - XİN-in açıqlamasında vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl "Far.Az"un yerli bürosu Gürcüstan ərazisində tranzit yük daşıyan bir qrup azərbaycanlı yük avtomobili sürücüsünün müxtəlif gömrük-keçid məntəqələrində günlərlə, bəzi hallarda isə bir aydan artıq müddətdə saxlanıldığını, onlara saxlanılmanın səbəbi ilə bağlı rəsmi izahat verilmədiyini, sənədlərinin götürüldüyünü və yaranmış vəziyyətlə bağlı Azərbaycanın Gürcüstandakı Səfirliyinin bu ölkənin Xarici İşlər Nazirliyinə diplomatik nota təqdim etdiyini xəbər verib.
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Lənkərançayda suyun səviyyəsi artıb - qabaqlayıcı tədbirlər görülür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Çexiya dronlara qarşı mübarizə üçün Ukraynaya 16 təyyarə verə bilər













