Qurban Qurbanov "Dinamo"ya məğlubiyyəti hava şəraiti ilə əlaqələndirdi
Far.Az xəbər saytı

Qurban Qurbanov "Dinamo"ya məğlubiyyəti hava şəraiti ilə əlaqələndirdi


"Danışılası çox şey yoxdur. Rəqibi təbrik edirəm. Cavab qarşılaşmasına hazırlaşmalıyıq".

Far.Az "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ukrayna təmsilçisi "Dinamo"ya (Kiyev) qarşı keçirdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.

Mütəxəssis güclü rəqibə qarşı çıxış etdiklərini bildirib:

"Onlar çox yaxşı müdafiə olundular və sürətli əks-hücumlara çıxırdılar. Sürəti, dinamikanı qaldırmaq lazım idi. Bəlkə də hava şəraiti buna imkan vermədi. Həddindən artıq isti idi. Futbolçuların üzərinə çox getmək istəmədim. Bakıdakı cavab görüşünə hazırlaşacağıq. Bunun üçün 5-6 gün vaxtımız olacaq. Matçı tam analiz edəcəyik və növbəti oyuna hazırlaşacağıq".

Qeyd edək ki, "Dinamo" - "Qarabağ" qarşılaşması Kiyev təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Komandalar arasında cavab matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Oxşar xəbərlər

"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
Konfrans Liqası: "Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzub - YENİLƏNİB-9
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
UEFA Konfrans Liqası: "Dinamo" "Neftçi" ilə oyunda hesabda önə keçib - YENİLƏNİR-7
"Zirə" "Payde" kollektivi ilə bərabərə qalaraq UEFA Konfrans Liqası ilə vidalaşıb - YENİLƏNİB-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər