UEFA Konfrans Liqası: "Dinamo" "Neftçi" ilə oyunda hesabda önə keçib - YENİLƏNİR-7
Far.Az xəbər saytı

UEFA Konfrans Liqası: "Dinamo" "Neftçi" ilə oyunda hesabda önə keçib - YENİLƏNİR-7


UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda beşinci qol vurulub.

"Far.Az"un məlumatına görə, qonaqlar hesabda önə keçiblər - 2:3.

57-ci dəqiqədə Karen Vardanyan dubl müəllifi olub.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda dördüncü qol vurulub.

"Far.Az"un məlumatına görə, qonaqlar hesabı bərabərləşdirib - 2:2.

47-ci dəqiqədə Yevgeni Malaşeviç fərqlənib.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda ikinci hissə başlayıb.

"Far.Az"un məlumatına görə, Azərbaycan təmsilçisi hesabda irəlidədir - 2:1.

"Ağ-qaralar"ın kapitanı Emin Mahmudov 2-ci dəqiqədə hesabı açıb. Aleksandr Selyava 8-ci dəqiqədə avtoqol müəllifi olub. 36-cı dəqiqədə Karen Vardanyan fərqi azaldıb.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda ilk hissə başa çatıb.

"Far.Az"un məlumatına görə, Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb - 2:1.

"Ağ-qaralar"ın kapitanı Emin Mahmudov 2-ci dəqiqədə hesabı açıb. Aleksandr Selyava 8-ci dəqiqədə avtoqol müəllifi olub. 36-cı dəqiqədə Karen Vardanyan fərqi azaldıb.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda növbəti qol vurulub.

"Far.Az"un məlumatına görə, rəqib hesab arasındakı fərqi azaldıb - 2:1.

36-cı dəqiqədə Karen Vardanyan fərqlənib.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda növbəti qol vurulub.

"Far.Az"un məlumatına görə, Azərbaycan təmsilçisi ikinci topu rəqibin qapısından keçirib - 2:0.

Qonaqlardan Aleksandr Selyava 8-ci dəqiqədə avtoqol müəllifi olub.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda hesab açılıb.

"Far.Az"un məlumatına görə, Azərbaycan təmsilçisi 2-ci dəqiqədə hesabı açıb.

Komandanın kapitanı Emin Mahmudov fərqlənib.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyunu başlayıb.

"Far.Az"un məlumatına görə, qarşılaşma Bakıdakı "Palms Sports Arena"da keçirilir.

Matçın baş hakimi kiprli FIFA referisi Konstantinos Fellasdır.

Xatırladaq ki, cavab oyunu iyulun 30-da keçiriləcək. Cütün qalibi növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
UEFA Avropa Liqası: "Qarabağ" - "Vestri" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
UEFA Çempionlar Liqası: "Sabah" TNS ilə oyunda hesabı açıb - YENİLƏNİR-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər