"Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək
Avqustun 31-də, saat 12:00-da Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan "Legion Financial" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Far.Az" xəbər verir ki, yığıncaq şirkətin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 25A ünvanında olacaq.
Yığıncağın gündəliyinə "Legion Financial"ın istiqraz buraxılışı, bu ilin I yarısı üzrə maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi daxildir.
Xatırladaq ki, "Legion Financial" 2020-ci ildə yaradılıb. Şirkətin səhmləri Turan İsmayılova (39,64 %), Ramin Süleymanlıya (31,2 %), Rövşən Sultanova (10,23 %), Böyükağa Məmmədova (14,07 %) və Belarus vətəndaşı Kolas Konstantinə (4,86 %) məxsusdur. T.İsmayılov həm də ləğv prosesində olan "Finoko" ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vətən müharibəsinin başlamasından 4 il ötür
"Legion Financial" istiqraz buraxmaq istəyir
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
"Legion Financial" maliyyə vəziyyətini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib













