"Legion Financial" istiqraz buraxmaq istəyir
Mayın 12-də, saat 12:00-da Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan "Legion Financial" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 25A ünvanında olacaq.
Yığıncağın gündəliyinə istiqraz buraxılışı, 2025-ci ilin illik maliyyə göstəricilərinin müzakirəsi və təsdiqi məsələləri daxildir.
"Legion Financial" 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,13 milyon manatdır. Şirkətin səhmləri Turan İsmayılova, Ramin Süleymanlıya, Rövşən Sultanova, Böyükağa Məmmədova və Belarus vətəndaşı Kolas Konstantinə məxsusdur. T.İsmayılov həm də ləğv prosesində olan "Finoko" ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vətən müharibəsinin başlamasından 4 il ötür
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
"Legion Financial" nizamnamə kapitalını yenidən artırır
"Legion Financial"ın səhmləri üzrə hərracın tarixi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib













