Con vant Sxip Qazaxıstan millisinin baş məşqçisi təyin olunub
Far.Az xəbər saytı

Con vant Sxip Qazaxıstan millisinin baş məşqçisi təyin olunub


Qazaxıstan Futbol Federasiyası (KFF) niderlandlı mütəxəssis Con vant Sxipi milli komandanın baş məşqçisi vəzifəsinə təyin edib.

"Far.Az" xəbər verir ki, bu barədə KFF-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mütəxəssislə müqavilə qurumun İcraiyyə Komitəsinin iclasından sonra imzalanacaq.

Qeyd edək ki, Con vant Sxip məşqçilik karyerası ərzində Niderlandın "Ayaks", "Tvente", "Zvolle", Meksikanın "Qvadalaxara" və Avstraliyanın "Melburn Siti" klublarına rəhbərlik edib. O, 2016-cı ildə "Melburn Siti" ilə Avstraliya Kubokunun qalibi olub.

62 yaşlı mütəxəssis həmçinin Yunanıstan və Ermənistan milli komandalarının baş məşqçisi vəzifəsində çalışıb.

Con vant Sxip futbolçu kimi "Ayaks" və İtaliyanın "Cenoa" klublarının formasını geyinib. O, "Ayaks"ın heyətində dörd dəfə Niderland çempionu (1982, 1983, 1985, 1990), üç dəfə isə ölkə kubokunun qalibi (1983, 1986, 1987) olub.

Niderland millisinin üzvü kimi isə 1988-ci ildə Avropa çempionatının qızıl, 1992-ci ildə bürünc medalını qazanıb.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Niderlandlı mütəxəssis Edmond Klaus AFFA-nın texniki direktoru təyin edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər