Tramp CAR və Ruandanı ABŞ-nin ticarət güzəştlərindən məhrum etmək qərarına gəlib
ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika Respublikasını (CAR) və Ruandanı bir sıra Afrika ölkələrinin mallarının Amerika bazarına rüsumsuz çıxışını nəzərdə tutan ticarət preferensiyaları (gömrük rüsumlarının azaldılması və ya ləğv edilməsi nəzərdə tutulan razılaşma) proqramından çıxarmaq qərarına gəlib.
"Far.Az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir bildirib.
Onun sözlərinə görə, qərar Afrika dövlətləri tərəfindən Afrikada İnkişaf və İmkanlar haqqında Qanun (AGOA) çərçivəsində öhdəliklərin yerinə yetirilməsinə dair illik idarələrarası icmalın yekunlarına əsasən qəbul edilib.
"İcmalın nəticələrinə əsaslanaraq, Prezident Tramp belə qənaətə gəlib ki, Ruanda və Cənubi Afrika hökumətlərinin hərəkətləri AGOA-da iştirak meyarlarına uyğun gəlmir", - Qririn bəyanatında bildirilib.
ABŞ-nin ticarət nümayəndəsinin aparatından qeyd edilib ki, Vaşinqton CAR-da Amerika malları və investisiyaları üçün mövcud olan maneələrdən, korrupsiyadan, eləcə də ABŞ-nin milli təhlükəsizlik və xarici siyasət sahəsindəki maraqlarına yaranan təhdidlərdən ciddi şəkildə narahatdır.
ABŞ administrasiyası analoji iradları Ruandaya da irəli sürüb.
AGOA proqramı müəyyən edilmiş meyarlara cavab verən Afrika ölkələrinə bir sıra malları ABŞ-yə rüsumsuz ixrac etmək hüququ verir.
Oxşar xəbərlər
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
"McDonald"s Azərbaycan" "Nizami Mall"-da yeni restoran açıb
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qafqazda ölkələrarası xüsusi tənzimləmə rejiminin tətbiqi müzakirə edilib
-
Ukraynada mülki insanların işğal olunmuş ərazilərdən geri qaytarılması mərkəzi yaradılacaq
-
Noyabrda bəzi bürclərin maddi vəziyyətində ciddi yaxşılaşma gözlənilir
-
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
ABŞ İrana mümkün zərbələr üçün İsraildə onlarla yanacaqdolduran təyyarə yerləşdirib
-
FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib













