Darçın qan şəkərinin səviyyəsinə necə təsir edir? - VACİB TÖVSİYƏ
Far.Az xəbər saytı

Darçın qan şəkərinin səviyyəsinə necə təsir edir? - VACİB TÖVSİYƏ


Darçın 2-ci tip diabetdən əziyyət çəkən insanlarda qanda qlükoza səviyyəsinin azalmasına kömək edə bilər. Lakin bu ədviyyat həkim tərəfindən təyin olunan dərmanları əvəz etmir.

Far.Az xəbər verir ki, darçının tərkibindəki bəzi birləşmələr hüceyrələrin insulinə həssaslığını artıra, həmçinin bağırsaqlarda karbohidratların parçalanmasını ləngidə bilər. Nəticədə yeməkdən sonra qanda şəkərin səviyyəsinin kəskin yüksəlməsinin qarşısı qismən alına bilər.

Bundan başqa, darçın antioksidant xüsusiyyətlərə də malikdir.

Mütəxəssislərin tövsiyəsinə əsasən, gündəlik darçın istifadəsi üçün 1-6 qram aralığı göstərilir. Bu, təxminən yarım çay qaşığından iki çay qaşığına qədər miqdara uyğundur. İstifadəyə isə daha az miqdardan, təxminən dörddəbir çay qaşığından başlamaq məsləhət görülür.

Darçını sıyıqlara, yoqurta, qəhvəyə və digər qidalara əlavə etmək mümkündür. Seçim zamanı Seylon darçınına üstünlük verilməsi tövsiyə olunur. Çünki bu növdə kumarin maddəsinin miqdarı daha azdır. Kumarin isə yüksək miqdarda qəbul edildikdə qaraciyərə mənfi təsir göstərə bilər.

Diabet xəstələri darçından müntəzəm istifadə etməzdən əvvəl mütləq həkimləri ilə məsləhətləşməlidirlər. Xüsusilə qanda şəkərin səviyyəsinə təsir edən dərmanlar qəbul edən şəxslər bu məqamı nəzərə almalıdırlar. Darçının mümkün təsiri istifadə olunan dərmanlarla birlikdə qiymətləndirilməlidir.

Oxşar xəbərlər

Bakı bulvarında Çay Festivalı keçirilir
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər