İsrail səfiri Gəncə və Mingəçevirə səfər edib, regionun sənaye potensialı ilə tanış olub
İsrailin Azərbaycandakı səfiri Ronen Kraus avqustun 5-6-da Gəncə və Mingəçevirə səfər edib.
"Far.Az" xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.
Gəncəyə səfəri çərçivəsində Kraus şəhərin mədəni-tarixi xüsusiyyətləri ilə tanış olub - Ermənistanın dinc əhaliyə raket zərbələri endirməsi nəticəsində həlak olanların xatirəsini yad edərək Memorial kompleksi ziyarət edib, Gəncə Şərab Zavodunda və Nizami Gəncəvi məqbərəsində olub.
Bundan əlavə, səfir Göygöl rayonuna səfər edib, burada regionun alman irsi və yerli kənd təsərrüfatı müəssisələrinin işi ilə tanış olub.
Mingəçevirə səfəri zamanı səfir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla görüş keçirib. Diplomata şəhərin sosial-iqtisadi inkişafı, sənaye və enerji potensialı barədə məlumat verilib, tərəflər gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Kraus həmçinin sənaye parkına baş çəkib, burada fəaliyyət göstərən müəssisələr, həyata keçirilən sənaye layihələri və şəhərin sənaye potensialı ilə tanış olub.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov "Dinamo"ya məğlubiyyəti hava şəraiti ilə əlaqələndirib
-
Hindistan "Agni-4" ballistik raketini uğurla sınaqdan keçirib
-
"Bəniz" ləqəbli tiktoker 10 il 3 ay müddətinə HƏBS EDİLDİ
-
Konfrans Liqası: "Dinamo" və "Qarabağ" komandalarının start heyətləri bəlli olub
-
Pensiyalar bu tarixdə veriləcək
-
Qəza riski yaradan yol: Dərin çuxurlar, hər gün ziyan görən maşınlar...













