QHT sədri: "Sosial şəbəkələrdən istifadə üçün 16 yaş modeli səmərəli yanaşmadır"
Azərbaycanda sosial şəbəkələrdən istifadə üçün yaş məhdudiyyətinin tətbiqi məsələsi ictimaiyyətin diqqət mərkəzindədir.
Müzakirələrdə əksər valideynlər bu addımı uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması və zərərli məzmundan qorunması baxımından müsbət qiymətləndirirlər.
Far.Az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a danışan "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bunu dəstəklədiyini bildirib.
Onun sözlərinə görə, uşaqların sosial şəbəkələrin mənfi təsirlərindən qorunması üçün belə tənzimləmələrə ehtiyac var.
M.Zeynalova qeyd edib ki, Azərbaycanda sosial şəbəkələrdən istifadə ilə bağlı yaş məhdudiyyətinin tətbiqi beynəlxalq təcrübəyə uyğun preventiv yanaşma hesab oluna bilər:
"Bu cür tədbirlər uşaqların zərərli rəqəmsal məzmun, kiberbullinq, onlayn istismar və manipulyativ alqoritmlərin təsirindən qorunmasına töhfə verəcək. Amma təkcə yaş həddinin müəyyən edilməsi kifayət etmir. Qanunun real nəticə verməsi üçün yaşın etibarlı şəkildə təsdiqlənməsi, platformaların hüquqi məsuliyyət daşıması, valideyn nəzarətinin gücləndirilməsi, rəqəmsal savadlılığın artırılması, şəxsi məlumatların qorunması və müstəqil nəzarət mexanizmlərinin tətbiqi vacibdir".
M.Zeynalova vurğulayıb ki, beynəlxalq təcrübənin müqayisəli təhlili Azərbaycan üçün ən uyğun modelin Fransa, İspaniya və ABŞ-nin bəzi ştatlarında tətbiq olunan 16 yaş həddi olduğunu göstərir:
"Bu model bir tərəfdən uşaqların kiberbullinq, onlayn cinsi istismar, rəqəmsal manipulyasiya və insan alveri məqsədilə cəlbetmə kimi risklərdən qorunmasını gücləndirir, digər tərəfdən isə yeniyetmələrin təhsil almaq, informasiya əldə etmək və rəqəmsal bacarıqlarını inkişaf etdirmək hüququ arasında balans yaradır. 16 yaş modelinin uğurlu tətbiqi üçün yaşın etibarlı verifikasiyası, valideyn nəzarəti, platformaların məsuliyyətinin artırılması və uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına yönəlmiş hüquqi və institusional mexanizmlər kompleks şəkildə həyata keçirilməlidir. Məhz bu baxımdan hesab edirəm ki, 16 yaş modeli Azərbaycan üçün həm beynəlxalq təcrübəyə uyğun, həm də praktik baxımdan daha real və səmərəli yanaşma hesab oluna bilər".
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb
Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhmədlidə çay evində YANĞIN
-
Valdas Dambrauskas: "Sabahkı matçda "Orhus"a qalib gəlmək istəyirik"
-
Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb
-
Sabah bu ərazilərdə işıq sönəcək - ÜNVANLAR
-
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
-
"The Times": 260-dan çox pilot məzuniyyət pulunun ödənilməməsinə görə "Ryanair"i məhkəməyə verib













