"Atəşgah Həyat Sığorta" I yarımilin maliyyə nəticələrini açıqlayıb
"Atəşgah Həyat Sığorta" ASC bu ilin I rübünü 8,645 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 % çoxdur.
Yanvar-mart aylarında "Atəşgah Həyat Sığorta"nın gəlirləri 73,154 milyon manat (1 il əvvələ nisbətən 54 % çox), xərcləri 62,348 milyon manat (59,7 % çox), mənfəət vergisi ödəmələri isə 2,161 milyon manat (27,6 % çox) təşkil edib.
Bu il aprelin 1-nə "Atəşgah Həyat Sığorta"nın aktivləri 145,106 milyon manat olub ki, bu da illik müqayisədə 3,8 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3,8 % artaraq 124,533 milyon manata, balans kapitalı isə 3,9 % artaraq 20,573 milyon manata çatıb.
Xatırladaq ki, "Atəşgah Həyat Sığorta" şirkəti 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,5 milyon manat təşkil edır. Şirkətin səhmləri 100 % "Ran-Exim" MMC-yə ("Atəşgah Sığorta" ASC-nin 27 %-lik səhmdarı) məxsusdur.
Oxşar xəbərlər
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
"Atəşgah Həyat Sığorta" maliyyə vəziyyətini açıqlayıb
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
"Atəşgah Həyat Sığorta" I rübün maliyyə nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan cüdoçusu Nilgün Rzayeva Avropa Kubokunda bürünc medal qazanıb
-
Rubio: Ermənistanla Azərbaycanı nümayiş etdirdikləri cəsarət və uzaqgörənliyə görə təbrik edirik
-
Co Baydenin xərçəngi sümüklərə yayılıb
-
İran Hürmüz boğazının açılması üçün ABŞ-yə şərtlər irəli sürdü
-
İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub
-
Pezeşkian: İndi ABŞ ilə razılaşma əldə etmək üçün ən yaxşı vaxtdır













