Əli Səmədov: "Kəpəz" "Sabah"ı Gəncə stadionunda qəbul etmək üçün səbirsizlənir"
"Kəpəz" Gəncə stadionunda "Sabah"ı qəbul etmək üçün səbirsizlənir.
Bunu "Far.Az"a açıqlamasında qərb təmsilçisinin kapitanı Əli Səmədov deyib.
Yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünə ciddi hazırlaşdıqlarını bildirib:
"Gündə 2 dəfə olmaqla məşqlərimizi davam etdiririk. Bildiyiniz kimi, son yoxlama matçımızı da "Karvan-Yevlax"a qarşı keçirdik. Yorğun olmağımıza baxmayaraq yaxşı görüş oldu. Yeni və doğma stadionda ilk matça çıxmaq bizi çox həyəcanlandırdı. Azarkeşlərin dəstəyini həmin an hiss edə bildik. İnanırıq ki, yeni mövsümdə bütün oyunlarda stadion dolacaq və azarkeşlərlə əl-ələ verərək qələbələr qazanacağıq. Artıq "Sabah"la matçın hazırlıqlarına start vermişdik. Komandamız rəqibini Gəncə stadionunda qəbul etmək üçün səbirsizlənir".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 14-də start veriləcək. "Kəpəz" I turda "Sabah"la üz-üzə gələcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəkidə çaqqal qadına hücum etdi
-
Kürdəmirdə sürücü sükan arxasında yuxuladı, qəza baş verdi
-
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
-
Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu
-
Ələt-Astara magistralında qəza olub, 2 nəfər ölüb
-
Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur













