İştahanın artması bu problemdən xəbər verirmiş
Orqanizmdə D vitamini çatışmazlığı təkcə sümük sağlamlığına deyil, insanın əhval-ruhiyyəsinə və qidalanma vərdişlərinə də təsir edə bilər. Mütəxəssis bu problemin bir sıra əlamətlərini açıqlayıb.
Far.Az xəbər verir ki, rusiyalı dietoloq və endokrinoloq Anton Polyakovun sözlərinə görə, D vitamini çatışmazlığı zamanı insanda əhval-ruhiyyənin aşağı düşməsi, iştahanın artması, həddindən artıq yemək istəyi və narahatlıq-depressiv hallar müşahidə oluna bilər.
Həkim bildirib ki, bu vitaminin azlığı immun sisteminin zəifləməsi ilə də müşayiət oluna bilər.
Mütəxəssis D vitamininin sümük sağlamlığı üçün də vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, orqanizmdə bu vitaminin uzun müddət aşağı səviyyədə olması osteoporoz riskini artıra bilər.
Digər tərəfdən, alimlərin omeqa-3 əlavələri ilə bağlı araşdırması da diqqət çəkib. Tədqiqat zamanı bu əlavələri müntəzəm qəbul edən bəzi yaşlı insanlarda beyin degenerasiyasının daha nəzərəçarpan olduğu bildirilib.
Omeqa-3-ün həqiqətən beyin funksiyalarına mənfi təsir göstərib-göstərmədiyi və geri dönməz fəsadlara səbəb olub-olmadığı isə hələ də müzakirə olunur.
Qeyd edək ki, D vitamini çatışmazlığını yalnız sadalanan əlamətlərə əsasən müəyyən etmək mümkün deyil. Bunun üçün qan analizi aparılmalıdır.
Oxşar xəbərlər
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Leyla Əliyeva Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Trampla Ərdoğan arasında telefon danışığı olub
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
Vensan Kompani bu tarixə qədər "Bavariya"nı çalışdıra bilməyəcək
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Ceyranbatanda məktəbin 10 şagirdi zəhərlənib: Popkorndan şübhələnilir













