İnfantino ilə bağlı qalmaqallı ittihamlar: FIFA bəyanat yaydı
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) qurumun prezidentinin Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) baş katibi vəzifəsində çalışdığı müddətdə öz keçmiş sevgilisinə kompensasiya ödənilməsini təmin etdiyinə dair ittihamlar fonunda bəyanat yayıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bəyanatda FIFA prezidenti Canni İnfantinonun bu iddiaları tamamilə rədd etdiyi vurğulanır.
"Nizamnamə və ya qaydaların pozulması ilə bağlı istənilən fərziyyələr böhtan xarakterlidir. UEFA və ya FIFA-nın heç bir əməkdaşı İnfantinonun hərəkətləri ilə bağlı şikayət ünvanlamayıb. İşdən çıxarılmalar və işdənçıxarma müavinətinin ödənilməsi də daxil olmaqla, kadrlarla bağlı bütün qərarlar səlahiyyətli rəhbərlər tərəfindən mövcud qaydalara ciddi şəkildə riayət olunmaqla təsdiqlənib", - deyə bəyanatda qeyd edilib.
Daha əvvəl KİV-də İnfantinonun UEFA-da çalışdığı müddətdə sevgilisini vəzifədə irəli çəkdiyi və ona işdənçıxarma müavinətlərinin ödənilməsini təmin etdiyi bildirilirdi.
İnfantino 2000-ci ilin avqust ayından UEFA-da çalışıb. O, 2009-cu ildən 2016-cı ilə qədər baş katib vəzifəsini tutub. 2016-cı ilin fevral ayında Beynəlxalq Futbol Federasiyasının prezidenti seçilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb













