FHN su hövzələrinə üz tutan vətəndaşlara müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) su hövzələrinə üz tutan vətəndaşlara müraciət edib.
"Report" xəbər verir ki, nazirliyin yaydığı müraciətdə təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyi xatırladılıb.
"Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti hava şəraiti müşahidə olunur. Belə havanın bazar günü də davam edəcəyi gözlənilir. Bu hava şəraitində, xüsusilə həftəsonları vətəndaşlar istirahət üçün kütləvi şəkildə su hövzələrinə üz tutur. Lakin təəssüflə qeyd olunmalıdır ki, bəzi vətəndaşlar tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur," - məlumatda qeyd olunub.
Həmçinin vurğulanb ki, çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək, habelə çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.
Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq və hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir.
Oxşar xəbərlər
Azərbaycanda bu çimərliklərdə çimmək qadağan edildi - RƏSMİ
FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib
FHN: Çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək qadağandır
Nazirlikdən əhaliyə MÜRACİƏT - Çimərlikdə bunları etmək OLMAZ
Nazirlikdən çimərliklərə gedənlərə VACİB MÜRACİƏT
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
XÜSUSİ TƏKLİFLƏR - BAKUCARS ilə Bakıda avtomobil icarəsində sərfəli fürsətlər
-
Valideynlərə müraciət: Erkən evlilik uşağın gələcəyinin əlindən alınması deməkdir
-
ABŞ-da faydalı qazıntıların hasilatına 3 milyard dollar investisiya qoyulacaq
-
"Matrix" filminin yeni hissəsi çəkiləcək
-
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
-
İspaniya İtaliyadan gələnlər üçün daxili sərhədlərdə nəzarət tətbiq edəcək













