Bakıda məşhur xəstəxana SÖKÜLÜR? - RƏSMİ AÇIQLAMA
Far.Az xəbər saytı

Bakıda məşhur xəstəxana SÖKÜLÜR? - RƏSMİ AÇIQLAMA


Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən və uzun illər sakinlər arasında "Dəmir yol xəstəxanası" kimi tanınan tibb müəssisəsinin ərazisində söküntü işlərinin aparıldığı bildirilir.

Bu barədə görüntülər Far.Az-in "qaynar xətti"nə daxil olub.

Ərazidəki dəyişikliklər yerli sakinlər arasında maraq və suallar yaradıb. Xüsusilə, vaxtilə tibb müəssisəsi kimi fəaliyyət göstərmiş binanın sökülməsindən sonra həmin sahədə yaşayış binasının inşa ediləcəyi ilə bağlı iddialar müzakirə olunur.

Sakinləri maraqlandıran əsas məqam isə ərazinin gələcək təyinatı, söküntü işlərinin hansı qərar əsasında aparılması və burada yeni tikilinin inşasının nəzərdə tutulub-tutulmamasıdır.

Mövzu ilə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə müraciət etdik. Qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov Far.Az-in sorğusuna cavab olaraq bildirib ki, Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsində yerləşən Mərkəzi Dəmiryol Xəstəxanası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib:

Bakıda məşhur xəstəxana SÖKÜLÜR? - RƏSMİ AÇIQLAMA

"Sərəncama uyğun olaraq, xəstəxananın ərazisində Nazirliyin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə məxsus yeni infrastrukturun yaradılması nəzərdə tutulur.

Müvafiq infrastrukturun yaradılması, eləcə də xidmətlərin təşkili ilə bağlı ictimaiyyətə mərhələli şəkildə məlumat təqdim ediləcək".

Orxan Hüseyn

Oxşar xəbərlər

İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
İlham Əliyev Zəngilanda inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər