ABŞ-da sülh müqaviləsinin paraflanması Azərbaycanın diplomatik qələbəsinin göstəricisidir - Elçin Mirzəbəyli
2025-ci il avqustun 8-də ABŞ-da Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması təsadüfi diplomatik uğur deyil.
BAKU.WS xəbər verir ki, bunu deputat Elçin Mirzəbəyli açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu sənəd beş ilə yaxın davam edən mürəkkəb siyasi, hərbi və diplomatik proseslərin məntiqi yekunudur.
"Əgər 2020-ci ilin 44 günlük Vətən müharibəsi işğal dövrünə son qoydusa, 2025-ci ilin sülh sazişi həmin qələbənin siyasi-hüquqi təsdiqi oldu. Başqa sözlə, Azərbaycan müharibədə qazandığı üstünlüyü diplomatik müstəvidə də möhkəmləndirməyi bacardı", - deyə deputat qeyd edib.
Elçin Mirzəbəyli bildirib ki, prosesin ən mühüm xüsusiyyəti Azərbaycanın sülh gündəliyindən imtina etməməsidir. Onun sözlərinə görə, müharibədən dərhal sonra Prezident İlham Əliyev regionun gələcəyinin əməkdaşlıq, kommunikasiyaların açılması və qarşılıqlı ərazi bütövlüyünün tanınması üzərində qurulmalı olduğunu bəyan edib.
"Məhz bu yanaşmanın nəticəsi olaraq Azərbaycan sülh müqaviləsinin əsasını təşkil edən beş baza prinsipini irəli sürdü. Sonrakı bütün danışıqların məhz həmin prinsiplər üzərində aparılması bir daha göstərdi ki, sülh gündəliyinin müəllifi də, siyasi memarı da Azərbaycan idi", - deyə deputat vurğulayıb.
Deputat Ermənistanın son illərdəki siyasətinə də diqqət çəkib. O bildirib ki, Ermənistan uzun illər beynəlxalq hüququ pozaraq Azərbaycan torpaqlarını işğal altında saxlayıb, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyib və danışıqlar prosesini müxtəlif bəhanələrlə uzadıb.
Elçin Mirzəbəyli qeyd edib ki, 2020-ci ilin iyulunda Tovuz istiqamətində törədilən hərbi təxribat, həmin ilin avqustunda diversiya cəhdləri, işğal olunmuş ərazilərin məskunlaşdırılması siyasəti və Ermənistan rəhbərliyinin "yeni müharibə – yeni ərazilər" kimi aqressiv tezisləri İrəvanın məqsədinin sülh olmadığını göstərirdi.
Onun sözlərinə görə, bu siyasətin məntiqi nəticəsi 44 günlük Vətən müharibəsi oldu.
Deputat bildirib ki, müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Gəncə, Bərdə, Tərtər, Mingəçevir və digər yaşayış məntəqələrini raket atəşinə tutması Ermənistanın mülki əhalini hədəfə çevirdiyini göstərdi.
Elçin Mirzəbəyli 2020-ci il 10 noyabr bəyanatından sonrakı proseslərə də toxunub. O qeyd edib ki, İrəvan üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməyib, Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəalar yubadılıb, Qarabağdakı qanunsuz silahlı birləşmələr ləğv edilməyib və revanşist qüvvələr yenidən fəallaşdırılıb.
Deputatın sözlərinə görə, bütün bunlar regionda yaranmış yeni güc balansını dəyişə bilməyib.
"Prezident İlham Əliyev prinsipial mövqeyindən geri çəkilmədi. Azərbaycan bir tərəfdən diplomatik kanalları açıq saxlayır, digər tərəfdən isə suveren hüquqlarını təmin etmək üçün bütün zəruri addımları atırdı. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın konstitusiya quruluşu bütün ərazidə tam bərpa olundu", - deyə o bildirib.
Elçin Mirzəbəyli qeyd edib ki, 2023-cü ildən sonra Ermənistan rəhbərliyi regionda yaranmış yeni reallığın geri dönməz olduğunu qəbul etməyə başlayıb.
O vurğulayıb ki, bəzi xarici dairələr prosesi yalnız vasitəçilik diplomatiyasının nəticəsi kimi təqdim etməyə çalışsalar da, Azərbaycanın yaratdığı siyasi, hərbi və iqtisadi üstünlük əsas amil olub.
"Bu baxımdan ABŞ-da sülh müqaviləsinin paraflanması Vaşinqtonun diplomatik platforma təqdim etməsi qədər, Azərbaycanın formalaşdırdığı reallığın beynəlxalq səviyyədə qəbul edilməsinin də göstəricisidir", - deyə deputat bildirib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin Qarabağ münaqişəsinin artıq tarixə çevrildiyi və regionun gündəliyində yalnız sülh, əməkdaşlıq və inkişaf məsələlərinin qalmalı olduğu barədə bəyanatları sonrakı proseslərdə öz təsdiqini tapıb.
Elçin Mirzəbəyli Azərbaycanla Ermənistan arasındakı prosesləri Avropadakı tarixi nümunə ilə də müqayisə edib. O qeyd edib ki, İkinci Dünya müharibəsi 1945-ci ildə başa çatsa da, Almaniya ilə Fransa arasında münasibətlərin yeni siyasi əsasları yalnız 1963-cü ildə Yelisey müqaviləsi ilə formalaşıb.
"Cənubi Qafqazda isə tamamilə fərqli dinamika müşahidə olundu. Azərbaycan 2023-cü ildə suverenliyini tam bərpa etdikdən cəmi iki il sonra Ermənistanı sülh müqaviləsini paraflamağa razı sala bildi. Bu, təkcə diplomatik uğur deyil, müharibədən sonrakı mərhələnin peşəkar idarə olunmasının, siyasi iradənin və strateji ardıcıllığın nəticəsidir", - deyə deputat vurğulayıb.
O bildirib ki, regionda müşahidə olunan nisbi sabitlik, revanşist ritorikanın zəifləməsi, Ermənistanın konstitusiya dəyişiklikləri məsələsini gündəmə gətirməsi və kommunikasiyaların açılması istiqamətində müzakirələrin aparılması yeni geosiyasi reallığın siyasi nəticələridir.
"Azərbaycan bununla tarixdə nadir rast gəlinən nümunələrdən birini ortaya qoydu. Əvvəlcə işğala son qoydu, sonra öz suverenliyini tam bərpa etdi, ardınca isə məhz qalib dövlət kimi sülh gündəliyini formalaşdırdı və qarşı tərəfi həmin gündəliyi qəbul etməyə məcbur etdi.
Buna görə də Prezident İlham Əliyevin siyasi fəaliyyətini yalnız hərbi qələbə ilə qiymətləndirmək doğru olmaz. Onun ən böyük uğurlarından biri hərbi qələbəni diplomatik qələbəyə çevirməsi, regionda yeni təhlükəsizlik sisteminin əsaslarını yaratması və Azərbaycanın müəllifi olduğu sülh konsepsiyasını beynəlxalq gündəliyin ayrılmaz hissəsinə çevirməsidir. Məhz bu səbəbdən 2025-ci il avqustun 8-də paraflanan sülh sazişi müharibənin son akkordu deyil, Azərbaycanın müəyyən etdiyi yeni regional düzənin başlanğıcı kimi tarixə düşəcək", - Elçin Mirzəbəyli bildirib.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
XÜSUSİ TƏKLİFLƏR - BAKUCARS ilə Bakıda avtomobil icarəsində sərfəli fürsətlər
-
ABŞ-da faydalı qazıntıların hasilatına 3 milyard dollar investisiya qoyulacaq
-
Valideynlərə müraciət: Erkən evlilik uşağın gələcəyinin əlindən alınması deməkdir
-
"Matrix" filminin yeni hissəsi çəkiləcək
-
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
-
İspaniya İtaliyadan gələnlər üçün daxili sərhədlərdə nəzarət tətbiq edəcək













