Hakan Fidan: İran Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan ittifaqının hədəfi deyil
İranın Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında yaradılan müdafiə ittifaqının hədəfi olmadığı açıqlanıb.
Far.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Anadolu" Agentliyinin "Editör Masası" proqramında deyib.
Nazir bildirib ki, Türkiyə üçün təhdid yaratmayan ölkələr sözügedən ittifaqın hədəfi hesab edilmir.
"Bir daha təkrarlayıram, bizə təhdid yaratmayan ölkələr hədəf deyil", - deyə Hakan Fidan vurğulayıb.
Fidan Türkiyənin yeni müdafiə əməkdaşlığı yaratmasına NATO üzvləri arasında da etiraz olmadığını qeyd edib.
"ABŞ-nin də NATO xaric, bir çox ölkələrlə bənzər əməkdaşlıqları var. İsrail, Yaponiya və digər dövlətlərlə əldə olunan razılaşmalar da bu qəbildəndir. Hətta ABŞ ilə Səudiyyə Ərəbistanı və Qətər arasında da oxşar sazişlər imzalanıb. NATO üzvü Fransanın da yunan Kipri ilə müdafiə əməkdaşlığı mövcuddur. Yəni bu, alyans üçün yeni fenomen deyil", - deyə o bildirib.
Qeyd edək ki, avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında Məkkə sazişi imzalayıb. Sənədə əsasən, üç ölkədən hər hansı birinə qarşı silahlı hücum müqavilənin bütün iştirakçılarına qarşı hücum kimi qiymətləndirilir.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













