Azərbaycanda 7 ayda xarici vətəndaşlara 5 milyon manatdan çox ƏDV qaytarılıb
Far.Az xəbər saytı

Azərbaycanda 7 ayda xarici vətəndaşlara 5 milyon manatdan çox ƏDV qaytarılıb


Bu ilin yanvar-iyul aylarında Azərbaycanda fiziki şəxs olan istehlakçılara dövlət büdcəsindən 122 milyon 83,6 min manat ƏDV geri qaytarılıb.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, geri qaytarılan ƏDV pərakəndə ticarət və iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestr konserti üzrə göstərilən xidmətlərə, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin təqdim etdiyi tibbi xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilərdə yerləşən mehmanxanaların (hotellərin) gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-ni əhatə edib.

Bundan başqa, ilin ilk yeddi ayında xarici vətəndaşların Azərbaycanda fərdi istehlak məqsədilə aldıqları mallara görə "tax free" sistemi çərçivəsində dövlət büdcəsindən 5 milyon 248,1 min manat ƏDV qaytarılıb.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Aqşin Fatehin restoranında saxta alkoqollu içkilər aşkarlandı
Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər