Kim Kardaşyanın evinə oğru girdi - əməkdaşının avtomobili ilə qaçdı
Far.Az xəbər saytı

Kim Kardaşyanın evinə oğru girdi - əməkdaşının avtomobili ilə qaçdı


ABŞ-li model və televiziya ulduzu Kim Kardaşyanın Hidden-Hillsdə yerləşən malikanəsinə oğru daxil olub.

Far.Az xəbər verir ki, bu barədə "TMZ" məlumat yayıb.

Məlumata görə, 27 yaşlı şəxs hazırda təmir işləri aparılan evə daxil olaraq bəzi əşyaları çıxarıb və onları avtomobilə yükləyib. Mühafizəçi hadisəni görərək polisə məlumat verib.

İddiaya görə, şübhəli şəxs daha sonra Kardaşyanın biznes fəaliyyətində çalışan əməkdaşa məxsus avtomobilin sükanı arxasına keçərək ərazidən uzaqlaşıb.

Polis qısa müddət sonra şübhəlini saxlayıb. Bildirilib ki, onun üzərində silah olmayıb və hadisə zamanı xəsarət alan olmayıb. Şəxs oğurluq məqsədilə qanunsuz daxil olmaqda şübhəli bilinərək həbs edilib.

Kardaşyana yaxın mənbələr isə bildiriblər ki, ulduz və övladları təmir işləri başa çatana qədər həmin malikanədə yaşamırlar. Ailə son bir neçə aydır kirayə götürülmüş başqa bir evdə qalır.

Mənbələrin sözlərinə görə, hazırda Hidden-Hillsdəki malikanədə Kardaşyana məxsus şəxsi əşyalar da yoxdur.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakının mərkəzində sükanı bloklanan maşın ağaca çırpıldı - GÖRÜNTÜLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər