"More than medals" layihəsinin yubileyi münasibətilə Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilib
"More than medals" layihəsinin 10 illik yubileyi münasibətilə Azərbaycanda güləş üzrə beynəlxalq təlim-məşq toplanışı təşkil edilib.
Azərbaycan Güləş Federasiyasından "Far.Az"a verilən məlumata görə, avqustun 3-dən 8-dək keçirilən tədbirdə 20 ölkədən 100-ə yaxın yeniyetmə güləşçi və nümayəndə iştirak edib.
Layihənin əsas məqsədi güləşçilərin yalnız idman bacarıqlarının deyil, eyni zamanda sosial və şəxsi inkişafının dəstəklənməsi, müxtəlif ölkələrdən olan həmyaşıdları ilə tanış olmaları, dostluq əlaqələri qurmaları və birgə asudə vaxt keçirmələrinə şərait yaratmaq olub.
Beynəlxalq Olimpiya Komitəsi, Dünya Güləş Birliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkil etdiyi toplanışın əsas hissəsi Milli Gimnastika Arenasında və Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçirilib.
Burada yeniyetmə güləşçilər üçün birgə hazırlıq prosesi təşkil olunub, iştirakçılar müxtəlif məşqlərdə öz bacarıqlarını təkmilləşdiriblər.
Proqram çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mütəxəssisləri tərəfindən iştirakçılar üçün maarifləndirici anti-dopinq seminarı da keçirilib. Seminarda gənc idmançılara təmiz idmanın prinsipləri, antidopinq qaydaları və idmançıların üzərinə düşən məsuliyyət barədə ətraflı məlumat verilib.
Düşərgənin iştirakçıları dəniz kənarında çimərlik güləşi üzrə məşqdə də iştirak edib. Qonaqlar paytaxtın görməli yerlərini ziyarət edib və müxtəlif sosial fəaliyyətlərə qoşulublar.
"More than medals" layihəsi gənc güləşçilərin idmandan kənar bacarıqlarının inkişafına, müxtəlif mədəniyyətlərdən olan idmançılar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xidmət edir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda Milli Təhlükəsizlik Şurasına katib təyin edilib
-
Fransanın çox hissəsində quraqlıq səbəbindən böhran vəziyyəti yaranıb
-
Cəlilabadda transformator partlayıb, yanğın baş verib
-
Hansı bürclər digərlərindən fərqlənir?
-
ABŞ İranın blokadasından sonra 55 ticarət gəmisini yönləndirib
-
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib













