Dəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş
Far.Az xəbər saytı

Dəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş


Dünən axşam saatlarında Qazaxın Aslanbəyli kəndində 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzada həlak olanlar tanınmış aşığın ailə üzvləri imiş.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, "Opel" markalı avtomobillə toqquşan "Tofaş"da həlak olan 37 yaşlı Sənan Dərgahquliyev ölkənin qərb bölgəsində tanınmış el sənətkarı olan Aşıq Hüsən Şəmistanoğlunun övladıdır.

Qəzada Sənanın 8 yaşlı qızı Güllər və 2018-ci il təvəllüdlü bacısı oğlu Məhəmməd də ölüb. Onun həyat yoldaşı 30 yaşlı Türkan Dərgahquliyeva isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Həmçinin digər avtomobilin sürücüsü İttifaq Müsəddirov da hadisə yerində həlak olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Qazaxın İkinci Şıxlı kəndində yanacaqdoldurma məntəqəsi və TIR parkı tikilir? - NARAZILIQ
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər