Xandanyan: TRIPP çərçivəsində gələcək qaz kəməri Ermənistan üçün yeni qaz mənbəyi ola bilər
"Tramp marşrutu" (TRIPP) çərçivəsində gələcək qaz kəməri Ermənistan üçün yeni qaz mənbəyinə çevrilə bilər.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə hakim "Vətəndaş müqaviləsi" partiyasının deputatı Sarkis Xandanyan brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya qazının qiymətinə yenidən baxılması məsələsi ortaya çıxarsa, Ermənistan bunu rusiyalı tərəfdaşları ilə dostcasına müzakirə edəcək.
Lakin onun fikrincə, bu məsələdə şaxələndirmə vacibdir.
Xandanyan qeyd edib ki, Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin İrana son səfəri zamanı İslam Respublikasından qaz tədarükünün artırılması imkanı müzakirə olunub.
"TRIPP layihəsi qaz kəmərinə də aiddir, yəni onun çərçivəsində Ermənistan ərazisindən qaz kəməri çəkiləcək. Və bu, ehtimal ki, əlavə qaz mənbəyinə sahib olmaq üçün daha bir imkandır. Bu, nəzəriyyə olsa da, təcrübədə bunu həyata keçirmək çətin deyil", - Xandanyan qeyd edib.
O, nəzəri olaraq Azərbaycandan Ermənistana birbaşa qaz tədarükü ssenarisini də istisna etməyib.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













