Bakıda tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
Far.Az xəbər saytı

Bakıda tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb


Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin foto və video görüntülərinin montaj edilərək sosial şəbəkələrdə yayılması, həmin görüntülərin silinməsi müqabilində onlardan pul tələb edən şəxsi saxlayıb.

Bu barədə "Far.Az"a DİN-dən məlumat verilib.

Qeyd olunub ki, keçirilən əməliyyat-texniki tədbirlərlə bu əməlləri törədən 25 yaşlı İlkin Nəhmədov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs "TikTok" və "Instagram" sosial şəbəkələrindən tələbələrə məxsus foto və video görüntüləri əldə edərək süni intellekt proqramları vasitəsilə montaj edib. O, görüntülərə təhqiramiz və rüsvayedici ifadələr əlavə edərək yaratdığı saxta sosial şəbəkə hesablarında yayıb. Daha sonra həmin materialların silinməsi üçün tələbələrdən pul tələb edib.

Faktla bağlı KMBİ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Kiberpolis "TikTok", "Instagram" və "Telegram"da hədə-qorxu ilə pul tələb edən şəxsi tutub - VİDEO
Tələbələrin fotolarını montaj edib yayan şəxsə cinayət işi açıldı
BDU tələbələrinin fotolarını montajlayıb paylaşmaqda davam edirlər
Deniz Çakır 45 yaşında vəfat edən qrup yoldaşı ilə fotolarını paylaşdı
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər