Livan parlamenti ölüm hökmünü ləğv edib - Ərəb dünyasında İLK
Livan parlamenti ölüm hökmünün ləğv edilməsini təsdiqləyib. Bununla ölkə ərəb dünyasında ölüm cəzasını ləğv edən ilk dövlət olub.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, qərara əsasən, ölüm hökmü ömürlük həbs və ağırlaşdırılmış məcburi əmək cəzası ilə əvəzlənəcək. Səsvermədə parlamentdəki əksər deputatlar qərarı dəstəkləyib, yalnız "Hizbullah"ın parlament bloku buna qarşı çıxıb.
Livan 2004-cü ildən edamların icrasına qeyri-rəsmi moratorium tətbiq etsə də, bu müddət ərzində ölkədə onlarla ölüm hökmü çıxarılıb. Lakin həmin hökmlər icra edilməyib və ya sonradan başqa cəza ilə əvəzlənib.
Livanın ədliyyə naziri Adel Nassar qərarı ölkə üçün "tarixi addım" adlandırıb. Hüquq müdafiə təşkilatları da parlamentin qərarını müsbət qarşılayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 3 küçədə yollar bağlanacaq - Təmir işlərinə görə
-
KMBİ qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsini ifşa etdi
-
Sakinlər imdad dilədilər: "Ən pis yer-yurd buradır, səsimizi çatdırın"
-
Kolumbiyada 7,4 bal gücündə zəlzələ: 55 ölü var - DƏHŞƏTLİ KADRLAR
-
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 132-yə çatıb - YENİLƏNİB-8
-
Tramp: ABŞ Hörmüz boğazını minalardan tamamilə təmizləyib













