Sərdar Hacıyev: "İqlim dəyişikliyi fonunda arıçılıqda profilaktik tədbirlər gücləndirilməlidir"
Arı sağlamlığının qorunması və biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi arıçılığın dayanıqlı inkişafının əsas istiqamətlərindəndir.
"Far.Az" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Şəkidə keçirilən "Arı Xəstəliklərinin İdarə Edilməsi: Müasir Çağırışlar və Biotəhlükəsizlik" mövzusunda təlim proqramında bildirib.
Onun sözlərinə görə iqlim dəyişikliyi fonunda profilaktik tədbirlərin gücləndirilməsi vacibdir: "İqlim dəyişiklikləri, xəstəliklərin yayılma risklərinin artması və qlobal çağırışlar fonunda arıçılıqda profilaktik tədbirlərin gücləndirilməsi, fermerlərin bilik və bacarıqlarının artırılması xüsusi əhəmiyyət daşıyır. Belə təlimlər arıçıların praktiki ehtiyaclarına uyğun biliklərlə təmin olunmasına, təsərrüfatlarda müasir idarəetmə və biotəhlükəsizlik yanaşmalarının tətbiqinə, nəticə etibarilə arıçılıq sahəsinin daha dayanıqlı inkişafına xidmət edir".
S.Hacıyev qeyd edib ki, Agentlik fermerlərin real ehtiyaclarının müəyyənləşdirilməsi, regionların xüsusiyyətlərinə uyğun maarifləndirmə proqramlarının hazırlanması istiqamətində davamlı tədbirlər həyata keçirir: "Bu məqsədlə 25-ci Yubiley Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası çərçivəsində ölkənin 11 iqtisadi rayonunu təmsil edən 173 arıçı arasında keçirilmiş sorğu nəticəsində toplanmış məlumatlar əsasında yola çıxaraq arıçıların ehtiyaclarına uyğun mövzular müəyyənləşdirilib və təlim proqramı formalaşdırılıb. Həyata keçirilən bu tədbirlər "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın prioritet istiqamətləri ilə də uzlaşır. Proqram çərçivəsində kənd təsərrüfatında göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, informasiya-məsləhət xidmətlərinin və innovasiyaların yayımı sisteminin inkişaf etdirilməsi mühüm istiqamətlər kimi müəyyən olunub. Bu baxımdan, təşkil olunan təlim və maarifləndirici tədbirlər fermerlərin müasir biliklərə çıxışının təmin edilməsinə, qabaqcıl təcrübələrin öyrənilməsinə və onların praktiki fəaliyyətində tətbiqinə dəstək verir".
Sədr əlavə edib ki, təlim proqramı çərçivəsində arı xəstəliklərinin diaqnostikası, müasir mübarizə və profilaktika üsulları, biotəhlükəsizlik tədbirlərinin tətbiqi, beynəlxalq təcrübədə istifadə olunan effektiv idarəetmə metodları ilə bağlı təqdimatlar keçirilir: "Üç gün davam edəcək proqramın yekun mərhələsində iştirakçıların nümunəvi arıçılıq təsərrüfatında praktiki məşğələlərə cəlb olunması, arı ailələrinin müayinəsi, xəstəliklərin aşkarlanması və müasir idarəetmə üsulları üzrə biliklərinin möhkəmləndirilməsi nəzərdə tutulur. Bu yanaşma ölkədə arıçılıq təsərrüfatlarının potensialının artırılmasına və sahədə beynəlxalq standartlara uyğun fəaliyyətin təşviqinə mühüm töhfə verəcək".
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış yarmarkasını ziyarət ediblər
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Everton" və "Kristal Pelas" klubları futbolçu mübadiləsi həyata keçiriblər
-
Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir
-
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
-
ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub
-
Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu













