Dünya əhəmiyyətli tarixi abidənin bərpası ilə bağlı işlər görülür
Ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvana səfərləri çərçivəsində Möminə Xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanış olublar.
Baku TV-nin Naxçıvanda olan əməkdaşı bildirilib ki, bərpa işləri Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı "2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçirilir. Yerli və xarici ekspertlərin 2023-2025-ci illərdə apardıqları baxış və tədqiqatlar nəticəsində türbədə bərpa və konservasiya işlərinin aparılması zəruri hesab edilib.
Bununla əlaqədar Prezident İlham Əliyev 2025-ci ildə dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Möminə Xatun türbəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Qeyd edilib ki, 1186-cı ildə memar Əcəmi Naxçıvani tərəfindən inşa edilən Möminə Xatun türbəsi vaxtilə böyük memarlıq kompleksinin tərkib hissəsi olub. Tarixi kompleksdən dövrümüzədək yalnız bu abidə qorunub saxlanılıb.
Vurğulanıb ki, hazırda türbənin bərpası, dam örtüyünün yenidən qurulması, abidədəki mövcud əyilmənin ölçülməsi və nəzarətdə saxlanılması, həmçinin drenaj sisteminin yaradılması istiqamətində işlər görülür. Əlavə edilib ki, Möminə Xatun türbəsi 2001-ci ildə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb. Abidə 1998-ci ildə UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
"Azəralüminium" ixrac gəlirlərini 58 %-ə yaxın artırıb
-
"Azərkosmos" "Platerra" süni intellekt əsaslı platformasını istifadəyə verib
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb













