Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan habı: Prezidentin ayırdığı 258 milyon manat nələri dəyişəcək?
"Zəngəzur dəhlizinin açılması Qarabağ-Şərqi Zəngəzur-Naxçıvan habının işə düşməsinə imkan yaradacaq".
BAKU.WS xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov Prezident İlham Əliyevin Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamını şərh edərkən deyib.
O xatırladıb ki, muxtar respublikanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsinə ümumilikdə 258 milyon manat ayrılıb:
"Bu vəsait əsasən, enerji, nəqliyyat-infrastruktur, təhsil, sosial infrastruktura yönəldiləcək. Sərəncam Naxçıvan üçün yeni imkanlar yaratmış olacaq. Xüsusilə məşğulluq məsələlərinə, o cümlədən Naxçıvanın abadlaşdırılmasına yönələcək vəsait muxtar respublikada yeni ab-hava yaradacaq. Bu xüsusda qeyd etmək lazımdır ki, 100 mindən çox əhalinin istifadəsində olan yollar təmir olunacaq, yeni yataqxana tikiləcək, həmçinin təhsil müəssisələri bərpa ediləcək.
Səfər çərçivəsində Prezident İlham Əliyev Naxçıvanda "yaşıl enerji" istiqamətində görülən işlərlə də tanış oldu. Bu kimi proseslər ondan xəbər verir ki, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur hab şəklində istifadə olunacaq ərazilərdir. Buradan logistika işlərinin həyata keçirilməsi, sənaye parklarının inkişafı, həmçinin sözügedən ərazinin Türkiyə ilə sərhədinin olması Naxçıvanın strateji əhəmiyyətindən xəbər verir. Bu gün əsas vəsaitin Qarabağ və Şərqi Zəngəzurun bərpa-quruculuğuna yönəlməsinə baxmayaraq, Naxçıvan da diqqətdən kənarda qalmır", - deyə millət vəkili bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu
-
ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub
-
"Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib
-
Bu gün Beynəlxalq Gənclər Günüdür
-
Maltada Etna vulkanının kül buluduna görə onlarla aviareys ləğv edilib
-
Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının üçtərəfli görüşü keçirilib













