Zəngəzur dəhlizi Cənubi Qafqazın iqtisadi xəritəsini necə dəyişəcək?
"Prezident İlham Əliyevin Naxçıvana səfəri təkcə ölkəmizin ayrılmaz hissəsi olan muxtar respublikanın sosial-iqtisadi inkişafı baxımından deyil, bütövlükdə Azərbaycanın regional mövqeyinin daha güclənməsi, Cənubi Qafqazda yeni nəqliyyat-kommunikasiya xəritəsinin formalaşması və Şərqlə Qərb arasında əlaqələrin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Səfər zamanı səsləndirilən mesajlar Naxçıvanın Azərbaycanın gələcək regional nəqliyyat və iqtisadi strategiyasında oynayacağı rolun getdikcə daha da artdığını göstərir".
Far.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında millət vəkili Vüqar Rəhimzadə deyib.
O bildirib ki, uzun illər blokada şəraitində yaşayan Naxçıvanın inkişafı daim dövlətimizin diqqət mərkəzində olub:
"Məhdud coğrafi imkanlara baxmayaraq, burada sosial infrastrukturun yenilənməsi, iqtisadi potensialın artırılması, nəqliyyat və kommunal sistemlərin inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülüb. Bu siyasətin nəticəsində Naxçıvanın yalnız mövcud problemlərinin həlli deyil, onun gələcək regional imkanlarının formalaşdırılması üçün də ciddi baza yaradılıb.
Bu gün Naxçıvanın qarşısında tamamilə yeni perspektivlər açılır. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uğurlu siyasət nəticəsində Azərbaycan regionda mühüm nəqliyyat və logistika layihələrinin təşəbbüskarı və iştirakçısı kimi çıxış edir. Bu proses Naxçıvanın uzun illər mövcud blokadasının aradan qaldırılması üçün də yeni imkanlar yaradır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Naxçıvan çox mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevriləcək. Azərbaycanın əsas hissəsi ilə dayanıqlı nəqliyyat bağlantısının yaradılması isə bölgənin üstünlüklərini daha geniş regional şəbəkəyə bağlamaq imkanı yaradır.
Bu prosesdə Zəngəzur dəhlizinin (TRIPP) xüsusi əhəmiyyəti var. TRIPP-i yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat xətti kimi qiymətləndirmək doğru olmaz. Layihə daha geniş mənada Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpasına, yeni marşrutların formalaşmasına və region ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsinə xidmət edəcək.
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında fasiləsiz nəqliyyat bağlantısının yaradılması, şübhəsiz ki, ilk növbədə Azərbaycanda daxili iqtisadi əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Lakin layihənin əhəmiyyəti bununla məhdudlaşmır. Bu bağlantının Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə inteqrasiyası Azərbaycanın Avrasiyada tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Burada Azərbaycanın əsas üstünlüyü ondan ibarətdir ki, ölkəmiz artıq müxtəlif istiqamətlərdə formalaşan nəqliyyat marşrutlarının kəsişmə nöqtəsinə çevrilib. Xəzər üzərindən Mərkəzi Asiyanı Azərbaycan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən Orta Dəhliz, İran üzərindən Şimal-Cənub bağlantısı və gələcəkdə Naxçıvan istiqamətində formalaşacaq yeni marşrutlar Azərbaycanın dünyanın tranzit xəritəsində mövqeyini daha da gücləndirəcək".
Millət vəkili qeyd edib ki, TRIPP-in Orta Dəhlizlə əlaqələndirilməsi, xüsusilə mühüm nəticələr vəd edir:
"Bu layihə yalnız avtomobil və dəmir yolu bağlantısı ilə məhdudlaşmır, elektrik enerjisi və fiber-optik kommunikasiya xətlərinin inkişafı üçün də yeni imkanlar yaradacaq. Bu isə o deməkdir ki, söhbət təkcə nəqliyyat xəritəsinin dəyişməsindən getmir. Qarşıdakı mərhələdə Cənubi Qafqazın iqtisadi xəritəsi də dəyişəcək. Yeni yollar yeni ticarət əlaqələri, yeni logistika mərkəzləri, istehsal və xidmət sahələri, investisiya imkanları və regional əməkdaşlıq formatları deməkdir.
Naxçıvan bu prosesdə xüsusi mövqeyə malikdir. Muxtar respublikanın coğrafi mövqeyi ona müxtəlif istiqamətlərə çıxış baxımından mühüm üstünlük verir. Azərbaycan ərazisindən keçən Şərq-Qərb marşrutlarının Naxçıvan vasitəsilə Türkiyəyə, oradan isə Avropa bazarlarına çıxması, digər istiqamətdə isə Naxçıvanın İran vasitəsilə Fars körfəzi bazarlarına bağlanması üçün imkanlar daha genişlənəcək. TRIPP-in reallaşması ilə Naxçıvanın logistika, tranzit, ticarət və investisiya potensialı daha da artacaq. Nəticədə Azərbaycanın regional nəqliyyat sistemində geoiqtisadi çəkisi daha da artmış olacaq".
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu
-
ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub
-
"Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib
-
Bu gün Beynəlxalq Gənclər Günüdür
-
Maltada Etna vulkanının kül buluduna görə onlarla aviareys ləğv edilib
-
Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının üçtərəfli görüşü keçirilib













