Masazırda 33 yaşlı şəxsi qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb – YENİLƏNİB-2
Far.Az xəbər saytı

Masazırda 33 yaşlı şəxsi qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb – YENİLƏNİB-2


Avqustun 12-də saat 22 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Sahil Nuriyevin kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

"Report" xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Hüseyn Vəliyev saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.

Abşeron rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, qətlə yetirilən 33 yaşlı Sahil Nuriyevin qardaşı tatu ustasıdır.

İddialara əsasən, mərhumun qardaşı şəxsiyyəti hələ məlum olmayan bir nəfərə tatu vurub. Lakin xidmətin ödənişi ilə bağlı tərəflər arasında mübahisə yaranıb.

Sonradan mübahisəyə qoşulan Sahil Nuriyev tanımadığı şəxs tərəfindən kürəyindən bıçaqlanıb və ağır vəziyyətdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin dəqiq səbəbləri və digər təfərrüatlar araşdırılır.

Abşeron rayonunda qətl hadisəsi baş verib.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə Yeni Bakı Yaşayış Massivində qeydə alınıb.

Belə ki, 33 yaşlı Nuriyev Sahil kürəyindən bıçaqlanıb.

Ağır xəsarət alan şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Masazır əhalisinə ŞAD XƏBƏR - artıq YEKUNLAŞIR
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Abşerondakı qətlin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər