Ukrayna Krımdakı obyektlərə zərbələr endirib
Far.Az xəbər saytı

Ukrayna Krımdakı obyektlərə zərbələr endirib


Ukrayna Müdafiə Qüvvələri işğal olunmuş Krımda iki Rusiya hərbi obyektini vurublar.

"Far.Az" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin "Telegram" kanalındakı məlumatında qeyd olunub.

Ukrayna hərbçilərinin məlumatına görə, Novofedorovka ərazisində "Saki" aerodromunun ərazisindəki dispetçer qülləsi vurulub.

Çernomorskoye ərazisində "Geran"/"Gerbera" tipli zərbə pilotsuz uçuş aparatlarının (PUA) idarə edilməsi üçün nəzərdə tutulmuş retranslyator vurulub.

Ukrayna Silahlı Qüvvələri qeyd edib ki, bu obyektlərin vurulması Rusiya qoşunlarının hərbi aerodromun fəaliyyətini təmin etmək və zərbə PUA-nı idarə etmək imkanlarını azaldır.

"Düşmənin əsas hədəfləri üzrə iş davam edir", - Ukrayna Müdafiə Qüvvələri bildirib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Prezidentlər Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər