Türkiyə, İran və Azərbaycan arasında yük axınını artırmaq üçün tədbirlər müəyyənləşib
Far.Az xəbər saytı

Türkiyə, İran və Azərbaycan arasında yük axınını artırmaq üçün tədbirlər müəyyənləşib


Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU), Beynəxalq Daşıyıcılar Dərnəyi (Uluslararası Nakliyeciler Derneği – UND) və İranın Beynəxlaq Nəqliyyat Şirkətləri Assosiasiyası (ITCAI), eləcə də gömrük orqanlarının nümayəndələri əsas sərhəd keçid məntəqələri olan Gürbulaq - Bəzirgan (Türkiyə və İran sərhədində) və Dilucu - Sədərək (Türkiyə və Azərbaycan arasında) məntəqələrinə bir sıra yoxlama səfərləri ediblər.

"Report" IRU-ya istinadən xəbər verir ki, səfərlər zamanı qüvvədə olan sərhəd prosedurlarının qiymətləndirilməsinə və yükdaşıma həcmlərinin artırılması üçün praktiki tədbirlərin müəyyən edilməsinə xüsusi diqqət yetirilib.

Qeyd olunub ki, Gürbulaq-Bəzirgan üzərindən keçən marşrut bu gün regional avtomobil nəqliyyatı əlaqəsinin ən mühüm arteriyalarından biri kimi çıxış edir. Müasir geosiyasi çağırışlar və logistika zəncirlərinin transformasiyası şəraitində bu dəhliz Türkiyə, Avropa, İran, Mərkəzi Asiya ölkələri və daha geniş Asiya bazarları arasında strateji əlaqəni təmin edir.

İşgüzar görüşlər zamanı ekspertlər rəqəmsal həllər və TIR sisteminin transsərhəd daşımalarının səmərəliliyinin və proqnozlaşdırıla bilmə səviyyəsinin artırılmasında əsas alət olması qənaətinə gəliblər. Xüsusilə gömrüyün əvvəlcədən məlumatlandırılması üçün TIR-EPD platformasının tətbiqi riskləri əvvəlcədən qiymətləndirməyə, iş yükünün bölüşdürülməsini optimallaşdırmağa və hədəfli yoxlamalar aparmağa imkan verir.

Dilucu sərhəd keçid məntəqəsində TIR "yaşıl dəhlizlərinin" (TIR Green Lane) istifadə edilməsi bu yanaşmanın səmərəliliyinin praktiki təsdiqi oldu. IRU-nun qiymətləndirmələrinə görə, yüklər haqqında məlumatları əvvəlcədən ötürən nəqliyyat vasitələri sərhədi daha operativ şəkildə keçərək boşdayanmaları minimuma endirir.

Yoxlamalar zamanı gələcəkdə Qafqaza çıxış təmin edilməklə "Şərq - Qərb" oxu üzrə bağlantının möhkəmləndirilməsi üçün getdikcə daha çox strateji əhəmiyyət kəsb edən Dilucu - Sədərək marşrutuna xüsusi diqqət yetirilib.

IRU-da vurğulayıblar ki, regional ticarət həcmlərinin artması şəraitində sərhədlərin buraxılış qabiliyyətinin gələcəkdə daha da artırılması ənənəvi prosedurun tam rəqəmsal ekvivalenti olan eTIR-ə tez bir zamanda keçiddən asılı olacaq. İttifaq strateji ticarət marşrutlarında rəqəmsallaşmanı sürətləndirmək və risk əsaslı yanaşmaların tətbiqi üçün gömrük qurumları və daşıyıcılarla səylərin koordinasiyasını davam etdirmək niyyətindədir.

Oxşar xəbərlər

Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər