Sumqayıt Sənaye Parkında burger və hot-doq üçün bulka istehsal ediləcək
Far.Az xəbər saytı

Sumqayıt Sənaye Parkında burger və hot-doq üçün bulka istehsal ediləcək


İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkında burger və hot-doq üçün bulka istehsalı layihəsi həyata keçiriləcək.

"Far.Az" bu barədə agentliyə istinadən xəbər verir.

Bildirilib ki, bu məqsədlə "Bimbo QSR Azərbaycan" MMC-yə Parkın rezidenti statusu verilib.

İnvestisiya dəyəri 27,5 milyon manat olan layihə çərçivəsində illik 150 milyon ədəd bulka istehsal olunması, 100-dən çox yeni iş yerinin yaradılması planlaşdırılır. İstehsal prosesində yerli xammaldan istifadə olunacaq. Məhsulların daxili bazarla yanaşı, region ölkələrinə ixracı da nəzərdə tutulur.

Sumqayıt Sənaye Parkında bu günə qədər ümumi investisiya həcmi 6,8 milyard manatdan artıq olan 43 sahibkarlıq subyektinə rezident statusu verilib. Rezidentlər Parka 5,6 milyard manatdan çox investisiya yatırıb, 6400-dən artıq iş yeri yaradıb.

Oxşar xəbərlər

Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev və Mehriban Əliyeva Bakıda salınan yeni parkın açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər