SOCAR ötən ilin maliyyə hesabatını açıqlayıb
2025-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) gəlirləri 86,3 milyard manat, ümumi mənfəəti 12,6 milyard manat təşkil edib.
Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.
Bildirilib ki, 2025-ci il ərzində qlobal enerji bazarları geosiyasi qeyri-müəyyənliklər, enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması, eləcə də təbii qaza artan tələbin təsiri altında olub. SOCAR isə strateji inkişaf prioritetlərinə uyğun olaraq, ötən ildə də beynəlxalq aktivlər portfelini genişləndirib, enerji dəyər zəncirində mövqeyini daha da gücləndirib, əməliyyat səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması istiqamətində görülən tədbirlər nəticəsində fəaliyyətini uğurla həyata keçirib.
2025-ci il ərzində SOCAR strateji əhəmiyyətli investisiya və biznes əməliyyatlarını davam etdirib. Bu əməliyyatlara "Bahar" və "Qum-Dəniz" yataqlarında 80 % payın alınması, İsrailin Aralıq dənizi hövzəsində yerləşən "Tamar" qaz yatağında 10 % effektiv iştirak payının əldə edilməsi, Türkiyədə yeni neft-kimya və enerji layihələrinin inkişafı, rəqəmsal infrastruktur və petrokimya sahələrində strateji investisiyaların həyata keçirilməsi, eləcə də qaz ixracı və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi daxildir.
Əməliyyat fəaliyyətindən mənfəət əvvəlki dövrlə müqayisədə 80 % artaraq 5,2 milyard manata çatıb, xalis mənfəəti isə təxminən 3 milyard manat olub. Şirkətin 2025-ci ildə EBITDA-sı (Faizlər, vergilər və amortizasiyadan əvvəl mənfəət) 10,9 milyard manat təşkil edib. Bu göstərici 2024-cü il ilə müqayisədə 26 % artıb. SOCAR-ın gəlirlərinin əsas hissəsi xam neft, neft və kimya məhsulları və təbii qazın satışından əldə edilib.
Qeyd edək ki, əməliyyat fəaliyyəti nəticəsində mənfəətdə yaranan artım, həmçinin pul vəsaitlərinin hərəkətinə təsir edib. Belə ki, əməliyyat fəaliyyəti nəticəsində yaranan pul vəsaitlərinin hərəkətində də 136 % artım əldə olunub.
SOCAR ölkənin strateji enerji şirkəti olmaqla yanaşı, dövlət büdcəsinə ən çox vergi ödəyən və ölkə üzrə ən iri işəgötürən olaraq birinci yerdə qərarlaşır. SOCAR-ın ödədiyi vergilər ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verir, şirkətin genişmiqyaslı investisiya və sosial layihələri isə həm iqtisadiyyatın şaxələndirilməsinə, həm də insan kapitalının inkişafına xidmət edir.
SOCAR tərəfindən 2025-ci ildə dövlətə 3,8 milyard manat məbləğində dividendlər, dövlətə ayırmalar, vergilər və sosial xərclər kimi ödənişlər edilib. Ümumiyyətlə, 2021-2025-ci illər ərzində isə SOCAR tərəfindən dövlətə cəmi 15,9 milyard manat məbləğində dividendlər, dövlətə ayırmalar, vergilər və sosial xərclər kimi ödənişlər olunub. Bununla yanaşı, qeyd olunan 2021-2025-ci illər ərzində SOCAR-a dövlət tərəfindən cəmi 1,6 milyard manat həcmində vəsait yatırılıb.
Qeyd edək ki, SOCAR-ın 31 dekabr 2025-ci il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatına nüfuzlu beynəlxalq audit şirkəti olan "Ernst & Young Holdings (CIS) B.V." tərəfindən dəyişilməmiş (təmiz) rəyi verilib.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Yurdumuza bahar gəlir!
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
SOCAR "Bahar" və "Qum-dəniz" yataqlarında qazma işləri üzrə yeni əməkdaşlıq memorandumu imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"28 May"–"Nizami" xətti bağlanır: Sabahdan 6 yeni ekspres avtobus işləyəcək
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
-
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
-
ABŞ dronların idxalına rüsumlar tətbiq edib
-
SEPAH: Hörmüz boğazı bağlıdır və İran gəmiçiliyə tam nəzarət edir













