"Barselona" Rodri üçün "Mançester Siti"yə üçüncü təklifini hazırlayır
"Barselona" "Mançester Siti"nin ispaniyalı yarımmüdafiəçisi Rodri üçün daha bir rəsmi təklif göndərməyə hazırlaşır.
Far.Az xəbər verir ki, Kataloniya klubu 30 yaşlı futbolçunun transferi ilə bağlı "Mançester Siti"yə artıq iki təklif göndərib. İngiltərə təmsilçisi əvvəlcə 50 milyon avroluq, daha sonra isə 60 milyon avroluq təklifi rədd edib.
İnsayder Fabritsio Romanonun sözlərinə görə, tərəflər arasında birbaşa danışıqlar davam edəcək. "Mançester Siti"nin Rodri üçün ən azı 80 milyon avro tələb etdiyi bildirilir.
İspaniyalı futbolçu 2025/26 mövsümündə Premyer Liqada 21 oyunda meydana çıxıb və 1 qol vurub. Rodri Çempionlar Liqasında isə 5 matç keçirib və məhsuldar fəaliyyətlə yadda qalmayıb.
"Barselona"nın üçüncü təklifinin məbləği və "Mançester Siti"nin buna münasibəti yaxın günlərdə bəlli olacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Dəyişən çempion, yeniliklərlə yadda qalan mövsüm: Premyer Liqanın YEKUNLARI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













