Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarıldı
Far.Az xəbər saytı

Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarıldı


Finlandiyanın Helsinki dairə məhkəməsi Finlandiya körfəzində sualtı kabellərin zədələnməsi işi üzrə yük gəmisi "Fitburg"un iki ekipaj üzvü barəsində hökm çıxarıb.

Far.Az Trend-ə istinadən xəbər verir ki, gəminin kapitanı, Rusiya vətəndaşı Andrey Maksimenko 3 il 6 ay, Azərbaycan vətəndaşı olan bosman Vüsal Məcidov isə 2 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə hər iki şəxsi ağır zərər vurmaqda təqsirli bilib və onların dərhal həbsə alınmasına qərar verib. Həmçinin təqsirləndirilən şəxslər zərərçəkmiş tərəflərə kabellərin və qaz kəmərinin təmiri, eləcə də zərərin araşdırılması ilə bağlı çəkilən xərcləri birgə ödəməlidirlər.

Hökm hələ qanuni qüvvəyə minməyib və apellyasiya instansiyasında şikayət verilə bilər. Dənizçilərin vəkilləri bildiriblər ki, müdafiə etdikləri şəxslər məhkəmə qərarından narazıdırlar.

Qeyd edək ki, "Fitburg" yük gəmisi 2025-ci il dekabrın 31-də Finlandiya körfəzində sualtı telekommunikasiya kabellərinin zədələnməsində şübhəli bilinərək Finlandiya hakimiyyət orqanları tərəfindən saxlanılmışdı. İstintaqın versiyasına görə, gəminin lövbəri dənizin dibi ilə uzun məsafə sürüklənərək iki sualtı kabelə zərər vurub. İş üzrə gəminin bosmanı, Azərbaycan vətəndaşı Vüsal Məcidov, həm də kapitan Andrey Maksimenko ittihamları qəbul etməyiblər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verilib
Bakıda avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər