Dmanisinin azərbaycanlı idmançıları Türkiyədə beynəlxalq yarışda uğur qazanıblar
Gürcüstanın Dmanisi rayonundan olan azərbaycanlı idmançılar Türkiyənin Qars şəhərində keçirilən beynəlxalq Kikboksinq K-1 turnirində uğurlu nəticə göstəriblər.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, əməkdar məşqçi Tuccar Əliyevin rəhbərlik etdiyi Dmanisi Kikboksinq K-1 klubunun 5 yetirməsi iştirak edib.
Peşəkar kəmər uğrunda mübarizə aparan idmançılardan 4-ü öz çəki dərəcəsində birinci yerə çıxaraq çempion olub. Yusif Nazarov 38, Xeyal Hüseynov 35, Xeyal Nəsibov 32, Cəsur Hümbətov isə 22 kiloqram çəki dərəcəsində qalib gəlib.
48 kiloqram çəki dərəcəsində mübarizə aparan Əli Hüseynov isə turnirdə ikinci yeri tutub.
Beləliklə, Dmanisi Kikboksinq K-1 klubunun yarışda iştirak edən bütün idmançıları medal qazanaraq Gürcüstanı beynəlxalq turnirdə uğurla təmsil ediblər.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan idmançıları "Khan Fight 6" beynəlxalq peşəkar MMA turnirində uğur qazanıblar
Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
-
ABŞ dronların idxalına rüsumlar tətbiq edib
-
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
-
SEPAH: Hörmüz boğazı bağlıdır və İran gəmiçiliyə tam nəzarət edir
-
Vens: ABŞ-nin İranla müharibədə əsas məqsədi neftin qiymətinin aşağı olmasıdır













