Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
Far.Az xəbər saytı

Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar


Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Mikheil Khergiani Cup 2026" beynəlxalq idman dırmanması turniri Azərbaycan idmançıları üçün uğurla başa çatıb.

"Report" xəbər verir ki, Azərbaycan Alpinizm Federasiyasının idmançıları boulderinq növü üzrə bir gümüş və bir bürünc medal qazanıblar.

Turnirdə Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Ermənistan idmançıları mübarizə aparıblar. Azərbaycan yığması yarışda məşqçi Çingiz Tağızadənin rəhbərliyi altında dörd idmançı - iki kişi və iki qadın idmançı ilə təmsil olunub. Komandanın bütün üzvləri təsnifat mərhələsini uğurla adlayaraq final mərhələsinə yüksəliblər.

Qadınlar arasında Əhmədova Leyla gümüş medala layiq görülüb. Kişilər arasında isə Nazim Yusifzadə üçüncü yeri tutaraq bürünc medal qazanıb.

Qeyd edək ki, "Mikheil Khergiani Cup" Gürcüstan Alpinizm Federasiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq idman dırmanması turniridir. Yarış boulderinq növü üzrə təşkil olunur və reqlamentə əsasən, final mərhələsində qadınlar və kişilər arasında təsnifat mərhələsinin nəticələrinə görə ən güclü səkkiz idmançı mübarizə aparır.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan idmançıları "Mikheil Khergiani Cup 2026" turnirinin final mərhələsinə yüksəliblər
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər