Çimərlik güləşi üzrə beynəlxalq yarışlara qatılacaq Azərbaycan millilərinin heyəti müəyyənləşib
Çimərlik güləşi üzrə 2 nüfuzlu beynəlxalq yarışda iştirak edəcək Azərbaycan millisinin heyəti müəyyənləşib.
Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasından bildirilib.
34 ölkədən 200-dən çox idmançının qatılacağı yarışlarda baş məşqçi Oyan Nəzəriani və məşqçi İbrahim Yusubovun rəhbərliyi altında 37 güləşçimiz qum üzərində uğur qazanmağa çalışacaq.
27 avqustda keçiriləcək U-17 dünya çempionatında 22 təmsilçimiz mübarizə aparacaq. Oğlanların yarışında Əlirza Heybətli, Elcan Həsənov, Ömər Zeynalov (hamısı 60 kq), Rəşad Əliyev, Rəşid Nəzərov, Tunar Quliyev (hamısı 70 kq), Ruslan Vəliyev, Nihad Süleymanlı, Ömər Vəliyev (hamısı 80 kq), Elvin Hacıquliyev, Elvin Necəfzadə və Elgün Kərimli (hamısı 90 kq) çıxış edəcək.
Qızların mübarizəsində isə Gülnar Ağadadaşova, Nərgiz Adilova, Vəfa Orucova (hamısı 45 kq), Ülviyyə Musayeva, Günel Kərimli, Nəzrin Əhmədli (hamısı 55 kq), Fidan Babayeva, Rəna Nuriyeva, Mədinə Qasımova (hamısı 65 kq) və Simurə Abdullayeva (75 kq) gücünü sınayacaq.
28-29 avqustda təşkil ediləcək Dünya Seriyasının IV mərhələsində isə 15 təmsilçimiz iştirakçılar sırasında yer alacaq. Kişilərin yarışında Rübail İbrahimli, İbrahim Musayev, İmamhüseyn Nəbiyev (hamısı 70 kq), Sahib Dadaşov, Vüsal Əliyev, Cavid Niftəlizadə (hamısı 80 kq), Əşrəf Aşırov, Ramiz Həsənov, Fərid Cabbarov (hamısı 90 kq), Camal Feyziyev və Rəvan Musayev (hər ikisi +90 kq), qadınların turnirində isə Əsmər Cankurtaran (50 kq), Nərgiz Səmədova (60 kq), Nigar Mirzəzadə və Zəhra Kərimzadə (hər ikisi 70 kq) çıxış edəcək.
Gündüz seansı hər gün saat 10-da, axşam seansı isə 16:00-da start götürəcək.
Qeyd edək ki, turnir "Sea Breeze" istirahət mərkəzində, avqustun 27-dən 29-dək keçiriləcək.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
"Nərgiz" Ticarət Mərkəzində təlim keçirilib
Oyan Nəzəriani Vyetnamda IOC və UWW-nin birgə təşkil etdiyi məşqçilik kursunda təlim keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
-
Bakı ikinci dəfə "Art Weekend 2026" festivalına ev sahibliyi edəcək
-
"Aston Villa" Rafael Leaunun transferi üçün "Milan"la danışıqlara başlayıb
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə ETSN-dən REAKSİYA
-
BANM-də bütün ixtisaslar üzrə dövlət sifarişli yerlərə keçid balı 600-dən yüksək olub
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsü tənqid edildi













