“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil
"Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil. İnanıram ki, Bakıda hər şey qaydasında olacaq, şanslar tam itirilməyib.
Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin və “Qarabağ” klubunun sabiq futbolçusu Vaqif Cavadov Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiya “Dinamo”su ilə səfər oyununu dəyərləndirərkən deyib.
Hazırda "Sumqayıt-2" klubunu çalışdıran mütəxəssis “Qarabağ”ın rəqibindən üstün olduğunu vurğulayıb:
“Qarabağ”, yaxşı oynamasına baxmayaraq, uduzdu. Rəqib 90 dəqiqə ərzində, demək olar ki, qapıya 4 dəfə yaxınlaşdı və bunun 3-də qol vurmağa nail oldu. Oyun və qol epizodları baxımından “Qarabağ” qat-qat üstün idi. Deməzdim təcrübə çatmadı. Avropada ən təcrübəli komandalardan biri “Qarabağ”dır. Sadəcə, şanssızlıq oldu. Bəxt komandanın yanında deyildi. Ona görə də yaratdıqları qol vəziyyətlərindən istifadə edə bilmədilər”.
O, Bakıda Zaqreb klubunun qapısına 3 qol vurmağın mümkün olduğunu söyləyib:
“Bu, həm bizim, həm də “Qarabağ” üçün böyük nailiyyətlərdir. Bəzən komandadan elə şeylər tələb edirik ki… Harada olduğumuzu bilməliyik. Türkiyənin bir çox klubları milyonlar xərcləyir, amma Çempionlar Liqasında çıxış etmirlər. “Qarabağ” isə Azərbaycan Premyer Liqasının səviyyəsinə baxmayaraq, hər il Çempionlar Liqasının qapısını döyür. Səfərdə “Ludoqorets”ə 7 qol vuran komandadır. Bakıda “Dinamo”nun qapısından 3 qol keçirmək mümkündür”.
Qeyd edək ki, dünən Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda keçiriləcək.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - YENİLƏNİB - 6
UEFA Çempionlar Liqası: "Qarabağ" üçüncü qolu qapısında görüb - YENİLƏNİB - 5
"Dinamo Zaqreb"in dünya futboluna bəxş etdiyi ULDUZLAR - SİYAHI
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
UEFA Çempionlar Liqası: "Dinamo" - "Qarabağ" matçında ilk hissə yekunlaşıb - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb













