İşğaldan azad olunmuş ərazilərdə işəgötürənlərlə növbəti görüş keçirilib
Far.Az xəbər saytı

İşğaldan azad olunmuş ərazilərdə işəgötürənlərlə növbəti görüş keçirilib


İşğaldan azad olunmuş ərazilərdə sakinlərin işlə təminatı ilə yanaşı, onların kiçik bizneslərini qurmaları, əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmələri istiqamətində də ardıcıl işlər aparılır.

"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüşdə bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Qarabağ və Şərqi Zəngəzurda icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verərək, bu proqramların icrasında işəgötürənlərlə sıx əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Minatəmizləmə Agentliyinin nümayəndələri iştirak edib.

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərin məşğulluqlarının təmin olması sahəsində görülmüş işlər, bu istiqamətdə həyata keçiriləcək birgə tədbirlər müzakirə olunub. İşəgötürənlərə ixtisaslı mütəxəssislərin işğaldan azad olunmuş ərazilərə cəlb edilməsi məqsədilə onlar üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlar barədə məlumat verilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Qarabağ və Şərqi Zəngəzurda torpaq icarəsinə dair yeni müqavilələr imzalanıb
Televiziyada nəyə baxırıq? - Proqramların janr bölgüsü açıqlanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər