WSJ: ABŞ və Çin Rusiya ilə sammitin keçirilməsi məsələsində fikir ayrılığına düşüb
Vaşinqton və Pekin prezident Donald Tramp, Rusiya lideri Vladimir Putin və Çin sədri Si Cinpin arasında noyabrda Şençjen şəhərində keçirilməsi nəzərdə tutulan mümkün görüşün formatı ilə bağlı razılığa gələ bilmirlər.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) danışıqların hazırlanması ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Pekin görüşün əvvəlcədən razılaşdırılmış ssenari üzrə keçirilməsini istəyir. Bu ssenariyə əsasən, hər üç lider hazırlanmış bəyanatları oxumalı, tərəflərin sərbəst müzakirə imkanları isə məhdud olmalıdır. Tramp administrasiyası isə daha sərbəst fikir mübadiləsinin tərəfdarıdır.
Qəzetin məlumatına görə, görüş noyabrın 18-19-da Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tuta bilər. Lakin format və gündəliklə bağlı fikir ayrılıqları onun keçirilməsini sual altına qoyur.
Çinli rəsmi WSJ-yə bildirib ki, Pekin sammitə hazırlıq zamanı gündəliyin razılaşdırılması və "əvvəlcədən müəyyən edilmiş nəticənin" təmin edilməsi şərti ilə üçtərəfli görüşə hazırdır. Bu formatda Çin Ukrayna məsələsini və digər mövzuları müzakirə edə bilər. Əks halda, Pekin ayrı-ayrı ikitərəfli görüşlərə üstünlük verərdi.
Tərəflər arasında digər fikir ayrılığı nüvə silahlarına nəzarətlə bağlıdır.
Tramp Putin və Si Cinpinlə "nüvəsizləşdirmə də daxil olmaqla, bir çox məsələni" müzakirə etməyi planlaşdırdığını bildirib. ABŞ dövlət katibi Marko Rubio da mümkün görüşü üç nüvə dövlətinin liderləri səviyyəsində silahlara nəzarət məsələsini müzakirə etmək fürsəti kimi qiymətləndirib.
Lakin Çinli rəsmi WSJ-yə bildirib ki, Pekin bu mövzuda üçtərəfli danışıqlarda iştirak etməyə razılaşmayacaq. Qəzetin yazdığına görə, Çin nüvə arsenalının ABŞ və Rusiyanın arsenalından geri qalmasını rəsmiləşdirən vəziyyətə düşməkdən ehtiyat edir.
Bununla belə, WSJ-nin məlumatına görə, ABŞ administrasiyası silahlara nəzarət üzrə yeni sazişə Çinin də daxil edilməsində israr edir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













