Karik "Mançester Yunayted"in baş məşqçisi vəzifəsindən qovula bilər
Far.Az xəbər saytı

Karik "Mançester Yunayted"in baş məşqçisi vəzifəsindən qovula bilər


İngiltərənin "Mançester Yunayted" klubunun rəhbərliyi baş məşqçi Maykl Kerrikin vəzifəsindən uzaqlaşdırılmasına meyillidir.

"Report" xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Bildirilib ki, hələlik yekun qərar qəbul edilməyib.

Nəşrin məlumatına görə, Kerrik istefaya göndəriləcəyi təqdirdə baş məşqçi postuna əsas namizəd "Nyukasl"ın sabiq çalışdırıcısı, ingiltərəli Eddi Hau hesab olunur. ABŞ millisinin hazırkı baş məşqçisi Maurisio Poçettinonun da namizədliyi nəzərdən keçirilir.

"Mançester Yunayted" 10 oyundan sonra 8 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. Komanda növbəti turda noyabrın 22-də səfərdə "Liverpul"la qarşılaşacaq.

Mançester təmsilçisi bazar günü İngiltərə Premyer Liqasının 10-cu turunda "Aston Villa" ilə matçın son dəqiqələrində qol vuraraq məğlubiyyətdən qaçıb.

45 yaşlı Kerrik ötən ilin yanvarında "Mançester Yunayted"in baş məşqçisi təyin olunub. O, daha əvvəl iki dəfə klubun müvəqqəti baş məşqçisi vəzifəsini icra edib. 2018-ci ildə Joze Mourinyonun, 2021-ci ildə isə çalışdığı məşqçilər korpusunun rəhbəri Ule-Qunnar Sulşerin istefasından sonra komandaya rəhbərlik edib.

2022–2025-ci illərdə "Midlsbro"nun baş məşqçisi olan Kerrik futbolçu kimi "Mançester Yunayted"in heyətində beş dəfə İngiltərə çempionu olub. O, həmçinin UEFA Çempionlar Liqasını, Avropa Liqasını və klublararası dünya çempionatını qazanıb

Oxşar xəbərlər

Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
UEFA Çempionlar Liqası: "Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzub - YENİLƏNİB-9
Çempionlar Liqası: "Qarabağ" - "Nyukasl" matçında yeddinci qol vurulub - YENİLƏNİR-8
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Maykl Kerrik "Mançester Yunayted"in baş məşqçisi ola bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər