Firdovsi Umudov: "Avropa birinciliyində qazanılan 15 medal planlı hazırlıq və intizamın nəticəsidir"
Azərbaycan ağırlıqqaldıranlarının Avropa birinciliyində qazandığı 15 medal planlı hazırlıq və intizamın nəticəsidir.
"Far.Az" Azərbaycan Ağırlıqqaldırma Federasiyasına (AFF) istinadən xəbər verir ki, bunu qurumun vitse-prezidenti Firdovsi Umudov deyib.
O, idmançıların çıxışını və nəticələri yüksək dəyərləndirib:
"11 idmançı ilə qatıldığımız qitə birinciliyindən 15 medal gətirdik. Ötən il İspaniyada keçirilən analoji yarışda medal sayı 7 olmuşdu. Orada mükafatsız qalan Nuray, Məhəmməd və Kamran bu dəfə vətənə medallarla qayıtdılar. Musab isə 17 kq fərqlə növbəti dəfə çempion oldu. İdmançının xarakterindən çox şey asılıdır və onların hər birinə inam böyükdür. Söhbət beynəlxalq yarışda ölkəni təmsil etməkdən gedirsə, idmançının hansı bölgədən olmasının heç bir fərqi yoxdur. Burada qələbə yalnız dövlət, bayraq və himn üçündür. Prezident İlham Əliyevin dediyi kimi, bu gün idmançılar beynəlxalq arenalara qalib ölkənin təmsilçiləri kimi çıxırlar".
F.Umudov intizamın federasiyada prioritet olduğunu vurğulayıb:
"Federasiya daxilində olan hər kəs bilir ki, nizam-intizam bütün nəticələrdən öndədir. İnzibati heyətin əməkdaşlarından tutmuş azyaşlı idmançılara qədər hər kəs intizam qaydalarına riayət etməlidir. Nəticəni yalnız belə qazanmaq mümkündür. Xaotik yanaşma və həvəskar davranışlarla idmanda ancaq təsadüfən uğur əldə etmək olar. Biz təsadüfi uğurlara deyil, sistemli işə köklənmişik".
AAF rəsmisi beynəlxalq yarışlarda əsas məqsədin dövləti layiqincə təmsil etmək olduğunu söyləyib:
"Azərbaycanda idmana xüsusi diqqət var. Gənclərin sağlam həyat tərzini seçməsi, bayrağı müxtəlif ölkələrdə ucaltması Prezident İlham Əliyev tərəfindən yürüdülən uğurlu idman siyasətinin nəticəsidir. Bu diqqət, qayğı və məsuliyyət həmişə hiss olunur. Gənclər və İdman Nazirliyinə, şəxsən nazir Fərid Qayıbova dəstəyə görə minnətdarlığımı bildirirəm. İstər hazırlıq prosesi, istərsə də yarışa ezam olunma nazirlik tərəfindən dəstəkləndi. Federasiya prezidenti Kamran Nəbizadə idmançıların durumu ilə mütəmadi maraqlanırdı. Məşqçilər heyəti yerli və gənc mütəxəssislərdən təşkil olunsa da, əsl peşəkarlıq və xarakter nümayiş etdirdilər".
Qeyd edək ki, ağırlıqqaldırma üzrə Azərbaycan yığması Kosovanın paytaxtı Priştinada təşkil olunan Avropa birinciliyini 3 qızıl, 5 gümüş və 7 bürünc medalla başa vurub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
-
Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib
-
Bu il ADEX silah sərgisində ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə veriləcək
-
Ötən gün 25 nəfər saxlanılıb
-
Qurban Qurbanov: "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq"
-
Qazaxıstan AK ilə Transxəzər enerji dəhlizinin PMI siyahısına daxil edilməsini müzakirə edir













