"Baktelecom"un "Rabitəbank"dakı payı "Aztelekom"a ötürülüb
"Bakı Telefon Rabitəsi" MMC-nin ("Baktelecom") "Aztelekom" MMC-yə birləşdirilməsi ilə əlaqədar 1-cinin "Rabitəbank" ASC-dəki 0,0462 %-lik payı 2-ciyə ötürülüb.
"Far.Az" xəbər verir ki, "Aztelekom"un Bankdakı payı 0,044 %-dən 0,0902 %-ə yüksəlib.
"Rabitəbank"ın səhmlərinin qalan hissəsi əvvəlki qaydada Rauf Əliyevə (38,6 %), Validə Abbasovaya (34,64 %), Zakir Nuriyevə (11,4835 %, Bankın Müşahidə Şurasının sədri, "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin Rəyasət Heyətinin sədri), Dilarə Nuriyevaya (9,1099 %), Aslan Xasiyevə (6,0272 %), "Bakcell" MMC-yə (0,024 %), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsinə (0,012 %), "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinə (0,008 %), "Bakı Teleqrafı" ASC-yə (0,004 %) və "AzInTelecom" MMC-yə (0,0012 %) məxsusdur.
Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır.
Oxşar xəbərlər
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
"Rabitəbank"ın problemli kreditləri 8 %-ə yaxın artıb
"Rabitəbank" törəmə investisiya şirkətinin nizamnamə kapitalını artıra bilər
Zakir Həsənov: Gürcüstanla hərbi sahədə əlaqələrimiz inkişaf edib
"Bakcell" Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
-
Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib
-
Bu il ADEX silah sərgisində ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə veriləcək
-
Ötən gün 25 nəfər saxlanılıb
-
Əlcəzairdə meşə yanğınlarında azı 12 nəfər ölüb
-
Qurban Qurbanov: "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq"













